Çap

Press-relizlər

PAŞA Bankın dəstəyi ilə azərbaycanlı jurnalistlər Lordlar Palatasında, London Fond Birjasında və “The Financial Times”da görüşlər keçirmişlər

Yerli media nümayəndələrinin peşəkar bacarıqlarının mükəmməlləşdirilməsinə yönəldilmiş işgüzar jurnalistikanın inkişaf etdirilməsi üzrə növbəti layihə uğurla başa çatdı. Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bankın "British Council" və "Thomson Foundation" ilə əməkdaşlıq əsasında həyata keçirdiyi layihə, jurnalistlərin Böyük Britaniyaya bir həftəlik ezamiyyəti ilə yekunlaşdı.

Bu müddət ərzində Azərbaycan kütləvi informasiya vasitələrinin nümayəndələri "The Financial Times", "The Telegraph", "BBC" kimi dünyada məşhur qəzet və informasiya agentliklərinin redaksiyalarında oldular və öz xarici həmkarlarının təcrübəsi ilə yanaşı, bu ölkənin media strukturlarının iş prinsipləri ilə tanış oldular, Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov ilə görüş keçirdilər, Lordlar Palatasına, London Fond Birjasına və bir çox digər yerlərə işgüzar səfərlər etdilər.

Layihənin başlıca məqsədi, avropalı həmkarların çoxillik təcrübəsi ilə tanış olub, əldə etdikləri bacarıqlardan ölkədə baş verən iqtisadi dəyişikliklər və müxtəlif biznes prosesləri barədə daha peşəkar səviyyədə məlumatların təhlili və yayımlanması, eləcə də, iqtisadi və biznes mövzularını işıqlandıran aparıcı jurnalistlər qrupunun yaradılmasıdır. Bu cür layihələrin həyata keçirilməsi PAŞA Bankın Sosial məsuliyyət proqramının mühüm tərkib hissəsini təşkil edir.

https://www.pashabank.az/press_centre,646/lang,az/