Çap

Press-relizlər

PAŞA Bank ödənişlərin qəbulunun qabaqcıl texnologiyasını tətbiq edir

PAŞA Bank ölkədə ilk dəfə olaraq, hər iki aparıcı ödəniş sistemlərinin - "Visa" və "MasterCard" təmassız kartlarının həm qəbulu (acquiring), həm də dövriyyəyə buraxılması (issuing) texnologiyalarını tətbiq edir.

Təmassız (contactless) texnologiyalar pərakəndə ticarətin bütün sahələrində mobil (smartphone-based) ödənişlərin qəbul edilməsi imkanlarını yaradır. Bu texnologiya alış-verişlərin ödənişini maksimum sürətlə, rahat və təhlükəsiz şəkildə həyata keçirməyə imkan verir. Ödəniş üçün kartı bir neçə saniyəlik kassadakı terminala yaxınlaşdırmaq və ödənişin təsdiq edilməsini gözləmək kifayətdir. Hazırkı texnologiya ABŞ və Avropada kifayət qədər geniş yayılmışdır.

Bankın bu yeniliyi POS-terminallarda əməliyyatların sayını artırmağa, həmçinin ticarət-xidmət müəssisələrində qeyri-nağd dövriyyəni artırmağa imkan verir. Hazırkı texnologiyanın ilk növbədə, böyük məbləğ təşkil etməyən ödənişlər üçün nəzərdə tutulması ilə əlaqədar olaraq, əsas məqsəd - ticarət və xidmət müəssisələrinə xidmətin sürətini artırmaqda kömək etməkdir.

PAŞA Bankın İdarə Heyətinin üzvü, Baş əməliyyat inzibatçısı Emil Hacıyev bildirmişdir: "Bank hər zaman bazarda yeni texnologiyaların tətbiqinə xüsusi diqqət yetirməklə, hökumətin və beynəlxalq institutların ölkədə qeyri-nağd dövriyyənin artırılması, həmçinin şirkətlərə və fərdi müştərilərə bank xidmətinin gücləndirilməsi təşəbbüslərini tam şəkildə dəstəkləyir.

İlkin mərhələlərdə hazırkı texnologiyanın Bakının fast-food restoranlarında tətbiqini planlaşdırırıq. Həmin məkanlarda həmçinin ölkədə ilk dəfə olaraq, restoranın kassa aparatının və bank POS-terminalının inteqrasiya edilmiş həlli təqdim ediləcəkdir. Hazırkı həll variantı təmassız ödəniş texnologiyasından daha effektiv istifadəyə imkan verir, belə ki, bu zaman ödəniş məbləğinin iki dəfə - kassada və POS-terminalda daxil edilməsi zərurəti aradan qalxır".

https://www.pashabank.az/press_centre,633/lang,az/