21/10/2013
Visa şirkəti Azərbaycanda "Visa İmtiyazlar Dünyasını kəşf edin!" adlı milli marketinq kampaniyasının startını elan etmişdir. Kampaniya 2013-cü ilin 21 oktyabrından 20 dekabrınadək MyBrands mağazalar şəbəkəsinin əməkdaşlığı ilə keçirilir və Azərbaycanda Visa kartları ilə ödənişin populyarlaşmasına yönəldilib.

Kampaniyada iştiraka Azərbaycan banklarının bütün mövcud olan Visa kartlarının sahibləri, həmçinin kampaniya keçirilən zaman Visa premial kartı - Visa Gold, Visa Platinum və Visa İnfinite - açan hər kəs dəvət olunur. Kampaniya çərçivəsində 2013-cü ilin 21 oktyabr -20 dekabr ayları ərzində kart açan Visa premial kartının bütün sahibləri "Visa İmtiyazlar Dünyasını kəşf edin!" kampaniyasının partnyoru olan MyBrands mağazalar şəbəkəsinə 20 % enidirim kuponu alacaqlar. Xüsusi endirim imkanını 2013-cü ilin 21 oktyabrından 2014-cü ilin 15 yanvarınadək istifadə etmək olar.

Bundan əlavə MyBrands mağazalar şəbəkəsindən Visa kartı ilə 120 manatdan yuxarı alış-veriş edən hər kəs "Visa İmtiyazlar Dünyasını kəşf edin!" kampaniyasında iştirak edib 10% məbləğində endirim ala bilər. Visa kartının növündən asılı olmayaraq kampaniyanın bütün iştirakçıları MyBrands mağazalar şəbəkəsində kart sahibinə bütün mallara 5% endirim verən MYBRANDS STANDART endirim kartını hədiyyə alacaqlar.