Çap

Press-relizlər

PAŞA Bank Azərbaycanda “private banking” xidmətlərini təklif edən ən yaxşı bankı adına layiq görülmüşdür

Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bank beynəlxalq "World Finance" jurnalının təsis etdiyi nüfuzlu mükafatlarından biri olan "Best Private Bank, Azerbaijan" adına layiq görülmüşdür. Mükafat iqtisadiyyatın müxtəlif sektorlarının liderlərinə əldə etdikləri nailiyyətlərə, innovativ yanaşmaya və ən yaxşı standartların və təcrübələrin tətbiqinə görə verilir. Bu mükafat PAŞA Bankın Azərbaycanda bu xidmətlərin inkişafı istiqamətində atdığı addımların doğruluğunu və müvəffəqiyyətliliyini bir daha təsdiq edir.

PAŞA Bankın İdarə Heyətinin Sədri Fərid Axundovun sözlərinə görə, "hazırda "private banking" xidmətləri göstərən Qərb institutlarının yüzillik təcrübəsini yerli bankların təcrübəsi ilə müqayisə etmək düzgün olmazdır. "Lakin, bu cür xidmətləri sıfırdan təşkil etməyin öz üstünlükləri vardır. Məsələn, yeni texnologiyalar və metodikaların tətbiqi, buraxılan ənənəvi səhvlərin təkrarlamaması kimi. Hal-hazırda PAŞA Bank öz müştərilərinə, onların tələbatlarına uyğun olaraq tarazlaşdırılmış və əlverişli xidmətlər göstərir. Bu xidmətlər özlərində müştərilərin tələblərini və istifadədə rahatlığını özlərində birləşdirir. PAŞA Bankın nailiyyətlərinin ekspertlər birliyi tərəfindən belə yüksək qiymətləndirilməsi xüsusilə sevindiricidir", deyə F.Axundov bildirmişdir.

Mükafat işgüzar nəşr tərəfindən 2007-ci ildə təsis olunub. Mükafatın nominantları "World Finance" jurnalının auditoriyasının açıq səsverməsi yolu ilə seçilir.

https://www.pashabank.az/press_centre,626/lang,az/