Çap

Press-relizlər

PAŞA Bank Azərbaycanda ilk dəfə olaraq “Dinamik şifrələr” əsasında “3D Secure” texnologiyasını tətbiq edir

Müştərilərin ödəniş kartlarla internetdə aparılan əməliyyatların təhlükəsizliyini təmin etmək məqsədilə PAŞA Bank "3D Secure" texnologiyasının tətbiqinə başlayır. "MasterCard" ödəniş sistemində "Secure Code", "VISA" ödəniş sistemində isə "Verified by VISA" adlanan bu texnologiya onlayn alış-veriş zamanı əlavə müdafiə dərəcəsi yaradır və ödəniş kartınızla onlayn əməliyyatlarınızı daha da təhlükəsiz etmək üçün qoruma təmin edir.

2013-cü il oktyabr ayından etibarən, xidmətə qoşulmuş ödəniş kartınız vasitəsilə internetdə hər hansı bir əməliyyat həyata keçirilsə, Bankda qeydiyyatdan keçirilən mobil telefon nömrəsinə SMS vasitəsilə birdəfəlik şifrə göndəriləcək və əməliyyat yalnız həmin şifrə daxil edildikdən sonra yerinə yetiriləcək. Azərbaycanda ilk dəfə olaraq, bu texnologiyanın tətbiqində PAŞA Bank dinamik şifrələrdən istifadə edir - yəni, hər bir əməliyyat üçün yeni şifrə alırsınız, bu da kartınızla dələduzluq riskini minimuma endirir.

Bankda mobil nömrəsini qeydiyyatdan keçirmiş bütün müştərilər və hər növ kartlar üçün avtomatik olaraq aktivləşdiriləcək.Xidmət pulsuzdur, xidmətdən imtina etmək istəyən və ya mobil telefon nömrəsini yeniləmək istəyən kart sahibləri Banka zəng edə və ya şəxsiyyətini təsdiq edən sənədlə Bankın Biznes Mərkəzlərindən birinə yaxınlaşa bilərlər. Qeyd edək ki, telefon vasitəsilə kartla bağlı hər hansı bir xidmətin göstərilməsi üçün kartı sifariş etdiyiniz zaman təyin etdiyiniz məxfi şifrənin təqdim olunması mütləqdir.

https://www.pashabank.az/press_centre,625/lang,az/