04/10/2013
Bu payız Azərbaycan ilk qlobal HR tədbirə - "Baku HR Experience" - ev sahibliyi edəcək. Tədbirin"Ən Yaxşı İşəgötürən" şirkəti kimi Azərbaycanın ən iri banklarından biri olan - PAŞA Bank - çıxış edir.

"Baku HR Experience" Gazprom, Coca Cola, Expedia, Statoil, eBay və digər tanınmış beynəlxalq şirkətlərdən olan HR mütəxəssisləri bir araya gətirəcək. Onlar 4 və 5 Noyabr 2013 tarixlərində yerli HR mütəxəssislər ilə birgə dünyadakı ən son trendlər və problemlər haqqında müzakirə aparmaq üçün Azərbaycanı ziyarət edəcəklər.

Tədbirdə həmçinin Azərbaycanda ilk dəfə "Excellence in HR" Mükafatlandırma Mərasimi baş tutacaq. Mükafatlar Azərbaycan bazarında HR sahəsinin ən yaxşı mütəxəssilərinə, komandalarına və strategiyalara təqdim olunacaq. Prosesin ədalətli olması üçün iştirakçılar arasında namizədləndirmə olmayacaq, əvəzində özləri buradan (http://thepworld.com/hr_awards) ərizə formasını dolduraraq müraciət edəcəklər.

Münsiflər heyyəti konfransda çıxış edəcək beynəlxalq mütəxəssislərdən təşkil olunub: Rainer Jenson, Təşkilati İnkişaf və İdarə Təhsili Direktoru Coca Cola Erfrischungsgetraenke AG; Most Excellent Order of the British Empire üzvü, CIPD iştirakçısı və British Telecom Keçmiş Qrup HR Direktoru; Rob Veersma, Təlim və İnkişaf Direktoru Gazprom International; Annemie Ress, keçmiş Qlobal eBay və Skype HR Direktor, Purple Beach platformasının banisi.

Güclü HR inkişafı və/ və ya innovativ təşəbbüsləri ilə fərqlənən yerli şirkətlərin müraciət etməsi yüksək dərəcədə tövsiyə olunur. P World tərəfindən təşkil olunan Baku HR Experience tədbiri Platin Sponsor olaraq The HR Company (HRC), Qızıl Sponsor olaraq Nar Mobile tərəfindən dəstəklənir.