03/10/2013
Azərbaycanın aparıcı investisiya banklarından biri olan PAŞA Bank maliyyə vəsaitlərinin idarə olunmasının həlli kimi "Calypso" sistemini seçmişdir.

PAŞA Bank öz bazar payını artırmağa və yeni bazarlara, işgüzar sahələrə genişlənməyə imkan verəcək həll yolu axtarırdı. Bank bazarda olan bir neçə əsas vəsaitlərlə çarpaz ticarət texnologiyası platformasını nəzərdən keçirmiş və şirkətin dərin təcrübəsi, müasir texnologiyası və səmərəli həyata keçirmə imkanına görə "Calypso Technology" şirkətini seçmişdir.

PAŞA Bankın İdarə Heyətinin üzvü və İnvestisiyalar üzrə Baş Direktor Taleh Kazımov qeyd etmişdir: "Biz bu sektorun lideri olduğu üçün və həm müasir texnologiya, həm də bizə lazım olan dəyərli məsləhəti təqdim etmə qabiliyyətinə görə "Calypso" sistemini seçdik. "Calypso" PAŞA Bank kimi investisiya bankının maliyyə və risklərin idarə olunması ehtiyacını başa düşən etibarlı tərəfdaşdır. Bu anlayış və güclü maliyyə idarəetmə imkanları seçimimizi "Calypso" sistemində dayandırdı. Kassa əməliyyatları sahəsində dəyişən tələblərə cavab vermək və bizim inkişaf təşəbbüslərimizi, törəmə maliyyə alətləri ilə ticarət kimi yeni sahələrə genişləndirmək məqsədilə "Calypso" ilə tərəfdaşlığımızı daha da inkişaf etdirməyə çalışacağıq".

"Calypso" müştərilərinə öz bizneslərini inkişaf etdirmək və yeni bazarlara doğru genişlənmək imkanı verən , dünya miqyaslı həll yollarını təchiz etmək məqsədini qarşısına qoymuşdur. "Biz PAŞA Bankla işləyəcəyimizdən və onların artan uğurunu dəstəkləyəcəyimizdən çox məmnunuq. PAŞA Bankı Azərbaycanda ilk müştərimiz kimi qəbul etməklə sürətlə inkişaf edən bu regionda fəaliyyətimizi və müştəri bazamızı genişləndirmək məqsədi güdürük" - deyə "Calypso Technology" şirkətinin İdarə Heyətinin sədri və Baş İcraçı Direktoru Çarlz Marston qeyd etdi.

"Calypso" proqramı 2013-cü ilin dekabrında istifadəyə veriləcək.