19/09/2013
Sentyabrın 19-da "JW MARRIOTT Absheron Baku" otelində Beynəlxalq Korporativ Xəzinədarlar Forumuna start verilib. Bakıda ilk dəfə keçirilən tədbirin "gümüş" sponsoru Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bankdır.

Forumun məruzəçiləri qismində PAŞA Bank, (Azərbaycan), OMV Petrol Ofisi A.S (Türkiyə), Chipita SA (Yunanıstan), UniCredit Leasing (Rusiya), YOTA (Rusiya), Belaqro (Belarus) və s. kimi şirkət və müəssisələrin nümayəndələri iştirak edir. Tədbirdə PAŞA Bankı Baş treyder Ruslan Məhərrəmov təmsil edir.

Forumda mərkəzləşdirilmiş korporativ xəzinədarlığın təşkili, proqnozlaşdırma, xəzinədarlıqda risklərin müəyyən edilməsi və qarşısının alınması kimi mövzular, həmçinin digər aktual məsələlər müzakirə olunacaq.

"MSB Events" şirkətinin təşkil etdiyi tədbir sentyabrın 20-də başa çatacaq.