09/09/2013
PAŞA Bankın 2013-cü ilin ilk 6 ayı üzrə maliyyə nəticələrini paytaxtın Four Seasons otelində keçirdiyi mətbuat konfransında açıqladı. Tədbirdə spiker qismində Bankın İdarə Heyətinin Sədri Fərid Axundov, İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Şahin Məmmədov, İdarə Heyətinin üzvü, Baş İnvestisiya İnzibatçısı Taleh Kazımov və Azərbaycan üzrə Məsləhət Xidmətlərinin Rəhbəri, Ernst & Young, Fərhad Quliyev çıxış etdilər.

Maliyyə riskləri ilə yanaşı, iqtisadi durumunun stabilləşməsi proseslərinin çətinliyinə baxmayaraq, Azərbaycan Respublikasında Bank sektoru üzrə 30 İyun 2013-cü ildə başa çatmış 6 ay ərzində 10 %-ə kimi artım müşahidə edilir. PASA Bank korporativ müəssisə kimi güclənmək və beynəlxalq əlaqəli korporativ müştərilərə və kiçik və orta sahibkarlara daha çox xidmətlər göstərməyi nəzərdə tutan 2012-2014-cü illər üzrə strateji dövrünün ilk yarısını uğurla başa vurdu.

Bank 193,727 min AZN (246,943 min ABŞ dolları) malik olan cəmi kapital göstəricisinə görə ən iri kommersiya banklarından biri kimi mövqeyini qoruyub saxlaya bildi.

Aktivlər portfelini müxtəlif istiqamətdə inkişaf etdirmək barədə strateji qərarın qəbul edilməsi nəticəsində Bank müştərilərinə təklif etdiyi xidmətlərin yaxşı balansını saxlamağa müvəffəq olub.

30 İyun 2013-cü ildə PAŞA Bankın aktivlərinin ümumi məbləği 659,570 min AZN (840,752 min ABŞ dolları) təşkil etdi ki, bu da müştəri hesablarında fəaliyyətin zəif olması səbəbi ilə 2012-ci il (721,075 min AZN / 919,152 min ABŞ dolları) ilə müqayisədə 9% azalma deməkdir.

30 İyun 2013-cü il üzrə bankın aktivlərinin strukturu aşağıdakı kimi bölünür:
- müştərilərə verilmiş kreditlər - 48%;
- qiymətli kağızlar portfeli - 35%;
- nağd pul və nağd pul ekvivalentləri - 11%;
- kredit təşkilatlarına verilən vəsaitlər - 2% və digərləri dövriyyə və qeyri-dövriyyə aktivlərinə aiddir (4%).

Azərbaycan bazarında intizamlı kredit ödənişlərinin pisləşən balansını və əsasən beynəlxalq biznes və kiçik və orta sahibkarlıqla (KOS) məşğul olan Azərbaycandakı korporativ müştərilər arasında kreditə olan tələbatı nəzərə alaraq, PAŞA Bank böhran dövrü ərzində öz güclü kapital durumundan səmərəli yararlandı və bazarda şəffaf və davamlı idarəçiliyə malik şirkətlər üçün güclü tərəfdaş kimi özünə yer tapdı. Bankın əsas məqsədləri mürəkkəb zamanda mövcud kiçik və orta sahibkarlara dəstək olmaqdır.

Bank ümumi kredit portfelini 17%, yəni 331,690 min AZN-ə (422, 804 min ABŞ dolları) kimi artırmaqla güclü kredit gücü yaratdı. Müqayisə üçün deyək ki, 2012-ci ilin sonunda bu göstərici 282, 837 min AZN (360, 532 min ABŞ dolları) təşkil edirdi. Portfel üzrə effektiv ehtiyat dərəcəsi 4,9% (2012-ci ildə - 3,1%).

İnkişafa doğru gedən bazarda davamlı qalaraq və müştərilərə xidmət göstərərək Bank indi son bir neçə il ərzində inkişaf etdirdiyi əlaqələrdən yararlanır. Nəticədə Bank müştəri bazasında 360, 838 min AZN (459, 959 min ABŞ dolları) balans ilə güclü inkişafa nail oldu. Qeyd olunan müştəri balansları əsas tələb olunan və müddətli hesablarda müvafiq olaraq 66% və 34% nisbətində cəmlənib (2012-ci il üçün müvafiq olaraq 58% və 42%).

Bankın 2013-cü ilin başa çatmış 6 ayı üzrə xalis mənfəəti 5, 490 min AZN-dən (6,999 min ABŞ dolları) ibarətdir ki, bu da 2012-ci ilin (5,472 min AZN / 6,975 min ABŞ dolları) analoji dövrü ilə müqayisədə demək olar ki, eynidir. Bankın mənfəət vergisi xərcindən əvvəl mənfəəti 7,999 min AZN (10,196 min ABŞ dolları) təşkil etmişdir, bu da əvvəlki il ilə müqayisədə 12% artım deməkdir. 2013-cü ilin başa çatmış 6 ayı üzrə ümumi əməliyyat gəliri 25,950 min AZN (33,078 min ABŞ dolları) olmuşdur, bu da 2012-ci ildə əldə olunmuş 19,802 min AZN (25, 242 min ABŞ dolları) ilə müqayisədə 31% artım olmasını göstərir.

Bankın faiz gəliri 21% artaraq 27,647 min AZN (35, 242 min ABŞ dolları) təşkil etdiyi halda, qeyri-faiz gəliri 19% artaraq 4, 613 min AZN (5,880 min ABŞ dolları) məbləğinə çatmışdır.

Beynəlxalq maliyyə institutları ilə aparılmış geniş danışıqların nəticəsi olaraq, PAŞA Bank daha geniş maliyyə instrumentləri və iki beynəlxalq səviyyəli reytinq agentliyindən kredit şərtlərinin qiymətləndirilməsini əldə etdikdən sonra müştərilərə daha yaxşı şərtlərlə maliyyə instrumentlərini təqdim etmək imkanı əldə edərək, öz korporativ müştərilərinə daha çox maliyyə xidmətləri göstərmək iqtidarında olmuşdur. Paralel olaraq, institusional səviyyədə Bank vaxtında və peşəkar xidmətlər göstərmək potensialını gücləndirmək məqsədilə müştərilər üçün müxtəlif seminar və görüşlər təşkil etmişdir. Sənədli əməliyyatlar üzrə göstərici 30 iyun 2013-cü il tarixinə 103,018 min AZN (131, 317 min ABŞ dolları) məbləğinə çatdırılmışdır. PAŞA Bank üçün hazırkı strateji hədəf 2013-cü ildə ticarətin maliyyələşdirilməsi portfelini 140,000 min AZN (178,458 min ABŞ dolları) məbləğinə çatdırmaqdır.

30 iyun 2013-cü il tarixinə Bank ilk dəfə olaraq dörd xarici banklarla dəyəri 23,947 min AZN (30,525 min ABŞ dolları) məbləğində olan ticarətlə bağlı sindikatlaşdırılmış kredit cəlb edib.

Bank, məcmu kapitalın mövcudluğunu Azərbaycan Respublikası Mərkəzi Bankının 31% (2012 - 34%) kapital tələbinə göstərərək güclü daxili kapital yüksəlişi əldə etmişdir, bu da Bankın nizamnamə kapitalını səmərəli istifadə etməsini göstərir. Bank, Basel II və BASEL III tətbiqin yekunlaşdığı zaman, lazımi kapital səviyyəsinin qarşılanması üzərində çalışmağa davam edərək təsisçilərinə kapitalı dividend şəklində geri qaytarır. 2013-cü ildə Bank səhmdarlara 2012-ci ilin xalis mənfəətindən 20, 515 min AZN (26, 150 min ABŞ dolları) məbləğində dividend ödəmişdir.

*Aralıq qısaldilmış konsolidasiya edilmiş maliyyə hesabatında başqa cür göstərilməzsə və əsaslandırılmazsa, onda bütün rəqəmlər 30 iyun 2013-cü il tarixinədir.