14/08/2013
19-20 sentyabr 2013-cü il tarixdə Azərbaycanın paytaxtında ölkənin ən iri banklarından biri olan PAŞA Bankın sponsorluğu ilə ilk dəfə Xəzinədarların beynəlxalq forumu keçiriləcəkdir. Tədbir çərçivəsində aşağıdakı mövzular üzrə dünyanın müxtəlif ölkələrindən məruzəçilərin iştirakı planlaşdırılır: mərkəzləşdirilmiş korporativ xəzinədarlığın təşkili, likvidliyin idarə edilməsi alətlərinin müzakirəsi, risklərin qarşısının alınması və s.

Forumun işində PAŞA Bank (Azərbaycan), Petrol Ofisi (Türkiyə), MTS (Rusiya), Volkswagen Group (Rusiya), Royal Unibrew (Danimarka), Chipita SA (Yunanıstan), Belaqro (Belarus) və s. şirkətlərin nümayəndələrinin iştirakı gözlənilir. Tədbirin təşkilatçısı MSB şirkətidir.