01/08/2013
İyulun 30-da ölkənin aparıcı banklarından biri olan PAŞA Bankın nizamnamə kapitalının 50 mln. manat və ya təxminən 30% həcmində artması qeydə alıb. Əvvəl 178 mln. manat təşkil edən nizamnamə kapitalının artırılması səhmlərin nominal dəyərinin artırılması yolu ilə həyata keçirilib.

Beləliklə, Bankın nizamnamə kapitalı 228 mln. manata çatması PAŞA Bankı Azərbaycanın ən kapitallaşdırılmış özəl bankına çevirmişdir.