Çap

Press-relizlər

PAŞA Bankın dəstəyi ilə keçirilən “WTA Baku Cup 2013” beynəlxalq tennis turniri başa çatıb

İyulun 28-də WTA Tour (Women`s Tennis Association) seriyasına daxil olan sayca üçüncü "Baku Cup 2013" beynəlxalq qadın turnirinin finalı baş tutub. Bu il, ölkənin ən iri banklarından biri - PAŞA Bankın strateji tərəfdaşlığı və sponsorluq dəstəyi ilə keçirilən turnirin mükafat fondu 235 min ABŞ dolları təşkil etmişdir. Turnirin qalibi Elina Svitolina (Ukrayna) olub.

Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən PAŞA Bankın İdarə Heyətinin Üzvü, Baş Maliyyə İnzibatçısı Şahin Məmmədovun sözlərinə görə, ölkənin ən iri maliyyə institutlarından biri kimi, Bankın başlıca məqsədlərindən biri cəmiyyətin hərtərəfli inkişafına öz töhfəsini verməkdir.

"Təhsil və mədəniyyətlə yanaşı, idmanın və gənc idmançıların dəstəklənməsi həyata keçirdiyimiz Korporativ sosial məsuliyyət proqramı çərçivəsində müəyyən etdiyimiz prioritetlərdən biridir. Biz şadıq ki, bizim kiçik töhfəmiz bu idman növünə marağın artmasında və beynəlxalq miqyasda müxtəlif tennis yarışları çərçivəsində ölkəmizi təmsil edən Azərbaycan idmançılarının son illər ərzində əldə etdikləri uğurlarda öz əksini tapır".

PAŞA Bank həmçinin "H.Əliyevin xatirəsinə həsr olunmuş tennis turniri", "PASHA Bank Cup" beynəlxalq turnirin sponsorudur və eyni zamanda gənc və perspektivli tennisçi Ayxan Manaflıya dəstək göstərir.

https://www.pashabank.az/press_centre,612/lang,az/