03/07/2013
3 iyul 2013-cü ildə PAŞA Bank "PAŞA Kapital" MMC vasitəsilə "FINCA Azərbaycan" qeyri-bank kredit təşkilatının fəaliyyətə başlama istiqrazlarının emissiyasını təşkil etdi. Dövlət Qiymətli Kağızlar Komitəsi hər birinin nominal dəyəri 1000 AZN, geri ödənmə müddəti 3 il olan cəmi 10 milyon AZN məbləğində 10000 istiqrazı qeydiyyata aldı. İstiqrazlar Bakı Birjasında satılır.

"PAŞA Kapital" MMC "FINCA Azərbaycan" istiqrazlarını təşkilati sərmayədarlarda yerləşdirmiş, həmçinin gündəlik köməkçi bazar likvidliyini təchiz edəcəkdir. PAŞA Bankın İnvestisiyalar üzrə baş direktoru (CIO) və İdarə Heyətinin Üzvü Taleh Kazımov qeyd etdi: "Bu, Azərbaycan mikromaliyyə təşkilatı tərəfindən edilən ilk ictimai (açıq) emissiyadır və PAŞA Bank yerli kapital bazarlarına girişi olan kapital inkişafı icmasını təqdim etməyə çox şaddır. "FINCA Azərbaycan"ın ölkədə ən böyük və ən yaşlı qeyri-bank kredit təşkilatı olduğunu nəzərə alsaq, bu emissiya PAŞA Bankın Azərbaycanın mikromaliyyə sektorunun inkişafı üçün gördüyü işlərin vacib mərhələsi hesab oluna bilər."

İstiqrazdan əldə edilən gəlirlər 30 iyun 2013-cü il tarixə 140 milyon AZN-dən artıq olan "FINCA Azərbaycan"ın artan işgüzar kredit portfelini maliyyələşdirməyə istifadə ediləcək. Kreditlər əsasən kənd icmalarında mikro və kiçik müəssisələrə verilmişdir. "FINCA Azərbaycan"ın Baş Maliyyə Meneceri Marko de Natale bildirdi: "Bu əlamətdar sövdə bizim maliyyələşdirmə mənbələrimizi zənginləşdirir, eyni zamanda bizim genişlənməmiz üçün nəzərəçarpacaq dərəcədə yerli valyuta təmin edir. O, həmçinin kapital bazarlarında FINCA brendini gücləndirir."