Çap

Press-relizlər

PAŞA Bank və British Council Azərbaycan esse yarışmasının qaliblərini elan edir

PAŞA Bank və British Council Azərbaycan məmnunluq hissi ilə 2013-cü il üzrə birgə esse yarışmasının qaliblərini elan edir. Layihənin məqsədi iqtisadi artım, islahatlar və inkişaf ilə bağlı məsələlərə nəzər salaraq, gələcək inkişaf uğrunda həyata keçirilən proseslərdə gəncləri daha fəal iştiraka həvəsləndirməkdir.

Münsiflər heyəti 70-dən çox ərizə forması qəbul etdilər. British Council Azərbaycan ofisinin direktoru Elizabet Vayt şəxsən bütün esseləri təhlil edəndən sonra qeyd etdi: "Azərbaycana ilk səfəri olan və bu tip yarışda ilk dəfə iştirak edən şəxs kimi onu deyə bilərəm ki, yazılan esselərdən çox təsirləndim. Heç şübhəsiz bütün iştirakçılar müsabiqəyə böyük qayğı və diqqətlə yanaşmışlar və qeyd etməliyəm ki, bir çox esselərdə olduqca diqqəti cəlb edən tətbiqi və orijinal düşüncə tərzli məqamlar nümayiş olunmuşdu".

PAŞA Bank İdarə heyətinin sədri cənab Fərid Axundov qeyd etdi:" Bu müsahibələr mənə şərait yaratdı ki, qətiyyətli, bacarıqlı, məqsədyönlü və ideyalarla dolu olan gənclərimizlə görüşüm. Onların hər biri böyük ümidlər vəd edir. Mən bu namizədlərdə yaxın gələcəyin iqtisadiyyat və maliyyə sahələrinin mütəxəssislərini görürəm. Hər bir iştirakçıya uğurlar arzulayır və gələcək karyeralarının inkişafını görməyi diləyirəm."

Müsabiqə 3 mərhələdən ibarət idi: ilkin mərhələ - yazı və bunun ardınca iki müsahibə mərhələsi. Sonuncu müsahibə heç də asan biri deyildi. Bütün iştirakçılar yüksək səviyyədə motivasiyalı, şəxsi və intellektual cəhətdən hazırlıqlı olan gənclər idi.

Yekun müsahibə üçün on nəfər namizəd seçilmişdir. Müsahibə PAŞA Bank İdarə heyətinin sədri cənab Fərid Axundov, PAŞA Bank-ın İctimai əlaqələr və Marketinq departamentinin müdiri xanım Sona Abbasova və PAŞA Bank-ın İctimai Əlaqələr və Marketinq şöbəsinın Aparıcı Meneceri xanım Aynurə Piriyeva, həmçinin, British Council Azərbaycan ofisinin direktoru xanım Elizabet Vayt tərəfindən aparılırdı. Müsahibə başa çatdıqdan sonra münsiflər heyəti yekun qərara gəldi və qalib şəxslər aşağıdakı kimi sıralandı:

Birinci yeri tutan namizədlər Londonda yerləşən King Kollecdə təşkil olunan Biznes və Menecmentlik üzrə yay kurslarında iştirak hüququ qazandılar:
Günay Gözəlova- Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi
Ceyhun Hüseynov- Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi
İsmayıl Mirhadi- Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi


Bundan əlavə, Fəxri birinci yer mükafatı keçən il eyniadlı müsabiqədə qalib olan, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Murad Həmidova layiq görüldü.

2-ci yerin sahibi Azərbaycan Diplomatik Akademiyasının tələbəsi Toğrul Novruzlu noutbuk qazandı. İpad qazanan 3-cü yerin sahibi isə Qafqaz Universitetinin tələbəsi Zamir Salmanov oldu.

Sonuncu müsahibəyə keçən on nəfər namizəd British Council Azərbaycan və PAŞA Bankdan sertifikatlar alacaqlar.

https://www.pashabank.az/press_centre,609/lang,az/