21/05/2013
Kann festivalı çərçivəsində "Nəriman Film" və "Torre" şirkətlərinin birgə istehsalı olan qısametrajlı "9x9" Azərbaycan-İtaliya filminin təqdimatı keçirilmişdir. Təqdimatda Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin, PAŞA Bankın, layihənin yaradıcı şirkətlərinin, eləcə də, dünya kinematoqrafiya şirkətlərinin nümayəndələri, prodüserlər və kinodistribüterlər iştirak etmişlər.

Xatırladaq ki, ölkənin ən böyük banklarından biri olan PAŞA Bankın sponsorluq etdiyi "9x9" filmin çəkilişi Bakıda və Verona şəhərində (İtaliya) aparılmışdır. Layihənin ssenari müəllifi, rejissoru və prodüseri Radmila Qordiç, prodüseri Nəriman Məmmədovdur.