21/05/2013
Ölkənin ən böyük banklarından biri olan PAŞA Bank və Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Quba şəhərində səhmdar cəmiyyətlərində (SC) korporativ idarəetmənin və hesabatlıq sisteminin effektivliyinin artırılmasına dair regional video-konfrans keçirilmişlər.

Konfransda Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarının SC nümayəndələri, eləcə də, QKDK rəhbərliyi və PAŞA Bankın aparıcı mütəxəssisləri iştirak etmişlər.

Tədbirdə QK bazarının indiki vəziyyəti və meyllər, SC-lərin işi və onların fəaliyyətinin milli qanunvericiliyə uyğunlaşdırılması, korporativ idarəetmənin təkmilləşdirilməsi və hesabatlılığın təqdim edilməsi, audit qruplarının daxil edilməsi və digər məsələlər müzakirə edilmişdir.

Tədbir "sual-cavab" sessiyası ilə başa çatmışdır. QKDK-nin və PAŞA Bankın mütəxəssisləri səhmdar cəmiyyətlərin nümayəndələrinin suallarına ətraflı cavab verdilər.