01/05/2013
Nəzərinizə çatdırmaq istərdik ki, son vaxtlar ABŞ, Latın Amerikası və Karib regionu ərazilərində, saxta plastik kartlarla dələduzluq halların sayının artması müşahidə olunur.

Bununla əlaqədar, müştərilərini sığortalamaq, həmçinin kartların təhlükəsizliyini artırmaq məqsədi ilə, "PAŞA Bank" ASC -in rəhbərliyi 01 may 2013-cü il tarixdən etibarən ABŞ, Latın Amerikası və Karib regionun ərazilərində plastik kartlar vasitəsi ilə aparılan nağdsız əməliyyatlara blok qoyulması və nağd vəsaitlərin çıxarılması əməliyyatları üzrə 100 (yüz) ABŞ dolları məbləğində gündəlik maksimal limitin təyin edilməsini qərara almışdır.

Qeyd edilən ölkələrin ərazisində plastik kartlar vasitəsi ilə aparılan nağdsız əməliyyatların və nağd vəsaitlərin çıxarılması üzrə təyin olunmuş məhdudiyyət, müştərinin yazılı müraciətinə əsasan silinə bilər.

Müştərilər əlavə məlumatı əldə etmək üçün Biznes Mərkəzlərinin birində Müştəri Xidmətlərinə müraciət edə bilər.