22/04/2013
Azərbaycanın aparıcı korporativ banklarından biri olan PAŞA Bank Baltikums Bank AS, Commerzbank Aktiengesellschaft, FBME Bank Ltd və Raiffeisen Bank International AG kimi beynəlxalq maliyyə institutlarından ümumi həcmi $30250000 təşkil edən kredit cəlb etmişdir. Raiffeisen Bank International AG eyni zamanda kredit agenti qismində çıxış edir. Azərbaycan bazarı üçün unikal şərtlər altında bir il müddətinə verilmiş bu kredit ticarətin və ümumi investisiya layihələrinin maliyyələşdirilməsi üçün istifadə olunacaq.

Bankın İdarə Heyətinin Sədri Fərid Axundov, bildirmişdi: "PAŞA Bank Avropa bazarlarında hökm sürən qeyri-müəyyənliyə baxmayaraq, əməkdaşlıq etdiyi aparıcı banklardan güclü dəstək almaqdadır. Bu inam, PAŞA Bankın qısa tarixinə baxmayaraq özünün biznes strategiyasının uğurlu icrası çərçivəsində nümayiş etdiyi yüksək maliyyə və davamlı inkişaf göstəricilərinin nəticəsidir".