Çap

Press-relizlər

“AG Bank”ın istiqrazlarının yerləşdirilməsinin tarixi açıqlanıb

Azərbaycanın aparıcı korporativ banklarından biri olan “PAŞA Bank” ASC “AG Bank” ASC-nin istiqrazlarının buraxılmasını planlaşdırır. Emissiyanın ümumi məbləği 12 mln AZN, qiymətli kağızların dövriyyə müddəti 3 ildir.

Ümumilikdə, hər biri 1000 AZN nominal dəyərə malik 12000 istiqraz vərəqəsi buraxılacaq. “AG Bank”ın istiqraz vərəqələrinin Bakı Fond Birjasında (BFB) yerləşdirilməsi açıq abunə yolu ilə aparılacaq, gəlirlilik hərracın gedişində müəyyən ediləcək.

PAŞA Kapital şirkətinin vasitəçiliyi ilə yerləşmənin marketmeykeri və anderrayteri rolunda da PAŞA Bank çıxış edəcək. Eyni zamanda, Bank gündəlik əsaslarla həmin kağızlar üzrə likvidlik və kotirovkanı təqdim edəcək ki, bu da kağızın potensial investorlar üçün daha da cəlbedici olmasına səbəb olacaq.

“AG Bank”ın istiqraz vərəqələrinin yerləşdirilməsi aprelin 15-də baş tutacaq. İştirak etmək istəyən müştəri və investorlar aprelin 12-si saat 17:30-dək (+99412) 496-50-30 nömrəsinə zəng vuraraq müraciət edə bilərlər.

https://www.pashabank.az/press_centre,597/lang,az/