14/03/2013
Martın 14-dü paytaxtın Four Seasons otelində Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bankın 2012-ci il üzrə fəaliyyət nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirildi. Tədbirdə spiker qismində Bankın İdarə Heyətinin Sədri Fərid Axundov, İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatşısı Şahin Məmmədov və Baş İnvestisiya İnzibatçısı Taleh Kazımov çıxış etdilər.

Ş.Məmmədovun sözlərinə görə, maliyyə riskləri ilə yanaşı, iqtisadi durumunun stabilləşməsi proseslərinin çətinliyinə baxmayaraq, Azərbaycan Respublikasında Bank sektoru üzrə bir il ərzində 26%-ə kimi artım müşahidə olunub. PAŞA Bank korporativ maliyyə institutu kimi güclənmək və beynəlxalq əlaqəli korporativ müştərilərə, kiçik və orta sahibkarlara daha çox xidmətlər göstərməyi nəzərdə tutan 2012-2014-ci il üzrə strateji dövrünün ilk ilini uğurla başa vurdu.

İlin sonunda Bank ilk dəfə olaraq konsolidə edilmiş maliyyə hesabatlarını dərc edir və Bankın törəmə bankı olan PASHA Bank Georgia-nın fəaliyyəti ilə əlaqəli rəqəmləri təqdim etməyə davam edəcək.

Bank 188 348 431 AZN-ə (239 934 307 ABŞ dolları) malik olan kapitalı ilə ən iri kommersiya banklarından biri kimi mövqeyini qoruyub saxlaya bildi. Aktivləri müxtəlif istiqamətdə inkişaf etdirmək barədə strateji qərarın qəbul edilməsi nəticəsində Bank müştərilərinə təklif etdiyi xidmətlərin balansını yaxşı səviyyədə saxlamağa müvəffəq olub.

2012-ci ilin sonunda PAŞA Bankın aktivlərinin ümumi məbləği 721 074 710 AZN (918 566 510 ABŞ dolları) təşkil etdi ki, bu da 2011-ci il (573 879 801 AZN / 731 057 071 ABŞ dolları) ilə müqayisədə 26% artım deməkdir.

2012-ci il üzrə bankın aktivlərin strukturu aşağıdakı kimi bölünür:
- qiymətli kağızlar portfeli - 47%
- müştərilərə verilmiş kreditlər - 38%,
- nağd pul və nağd pul ekvivalentləri - 10%,
- kredit təşkilatlarına verilən vəsaitlər - 2% və digərləri dövriyyə və qeyri-dövriyyə aktivlərinə aiddir.

Azərbaycan bazarında intizamlı kredit ödənişlərinin pisləşdirən balansını və əsasən beynəlxalq biznes və KOS biznesi ilə məşğul olan Azərbaycandakı korporativ müştərilər arasında kreditə olan tələbatı nəzərə alaraq, PAŞA Bank böhran dövrü ərzində öz güclü kapital durumundan səmərəli yararlandı və bazarda şəffaf və davamlı idarəçiliyə malik şirkətlər üçün güclü tərəfdaş kimi özünə yer tapdı. Bankın əsas məqsədləri mürəkkəb zamanda mövcud kiçik və orta sahibkarlara dəstək olmaqdır. Biz bu il likvidliyimizi arzu olunan səviyyədə, qiymətli kağızlar portfelimizdə 29% artımla saxlaya bildik (337 878 743 AZN / 430 418 781 ABŞ dolları). Müqayisə üçün qeyd edək ki, 2011-ci ildə bu göstərici 260 975 703 AZN (332 453 125 ABŞ dolları) olub. Biz ümumi kredit portfelimizi 15 %-ə kimi, yəni 282 837 279 AZN-ə (360 302 266 ABŞ dolları) kimi artırmaqla güclü kredit artımına nail olduq. Müvafiq göstərici 2011-ci ildə 246 769 000 AZN (314 355 414 ABŞ dolları) təşkil etmişdi. Portfel üzrə effektiv ehtiyat dərəcəsi 3,1% (2011 - 5,2%) təşkil etdi.

İnkişafa doğru gedən bazarda davamlı qalaraq və müştərilərə xidmət göstərərək biz indi son bir neçə il ərzində inkişaf etdirdiyimiz əlaqələrdən yararlanırıq. Nəticədə müştəri bazasında 457 066 671 AZN (582 250 536 ABŞ dolları) balans ilə güclü inkişafa nail olduq. Ötən il üçün isə müvafiq göstərici 371 499 366 AZN (473 247 600 ABŞ dolları) təşkil etmişdi ki, bu da inkişafa meyl və yeni hesabların inkişafından irəli gəldi. Qeyd etdiyimiz müştəri balansları əsasən tələb olunan və müddətli hesablarda - müvafiq olaraq 58% və 42% nisbətində cəmlənib (əvvəlki il üçün 55% və 45%).

Bankın 2012-ci ilin 12 ayı üzrə xalis mənfəəti 16 211 544 AZN-dən (20 651 648 ABŞ dolları) ibarətdir ki, bu da 2011-ci ilin (13 359 130 AZN/17 018 000 ABŞ dolları) müvafiq müddəti ilə müqayisədə 21% artım deməkdir. Bizim mənfəət vergisi xərcindən əvvəl mənfəətimiz 20 762 517 AZN (26 449 066 ABŞ dolları) təşkil etmişdir, bu da əvvəlki il ilə (15 150 307 AZN/19 299 754 ABŞ dolları) müqayisədə 37% artım deməkdir. 2012-ci ilin 12 ayı üzrə ümumi əməliyyat gəliri 43 142 099 AZN (54 958 088 ABŞ dolları) olmuşdur, bu da 2011-ci ildə əldə olunmuş 31 036 978 AZN (39 537 552 ABŞ dolları) ilə müqayisədə 39% artım olmasını göstərir.

Bankın faiz gəliri 33% artaraq 48 141 039 AZN (61 326 164 ABŞ dolları) təşkil etdiyi halda, qeyri-faiz gəliri 30% artaraq 9 282 918 AZN (11 825 373 ABŞ dolları) məbləğinə çatmışdır.

Beynəlxalq maliyyə institutları ilə aparılmış geniş danışıqların nəticəsi olaraq, PAŞA Bank daha geniş maliyyə instrumentləri və iki beynəlxalq səviyyəli reytinq agentliyindən kredit şərtlərinin qiymətləndirilməsini əldə etdikdən sonra müştərilərə daha yaxşı şərtlərlə maliyyə instrumentlərini təqdim etmək imkanı əldə edərək, öz korporativ müştərilərinə daha çox maliyyə xidmətləri göstərmək iqtidarında olmuşdur. Paralel olaraq, institusional səviyyədə Bank vaxtında və peşəkar xidmətlər göstərmək potensialını gücləndirmək məqsədilə müştərilər üçün müxtəlif seminar və görüşlər təşkil etmişdir. Sənədli əməliyyatlar üzrə göstərici bir il ərzində 2,3 dəfə artırılaraq 2011-ci ildə olan 43 689 159 AZN (55 654 980 ABŞ dolları) məbləğindən 101 648 473 AZN (129 488 501 ABŞ dolları) məbləğinə çatdırılmışdır. PAŞA Bank üçün hazırkı strateji hədəf 2013-cü ildə ticarətin maliyyələşdirilməsi portfelini 140 000 000 AZN (178 343 949 ABŞ dolları) məbləğinə çatdırmaqdır.

Bizim ROA (aktivlər üzrə rentabellik) güclü olaraq 3,84% (2011 - 3,40%) qaldığı halda, ROE (kapital üzrə gəlirlilik) üzrə mənfəət vergisi xərcindən əvvəl mənfəət və ehtiyatlardan öncə hesablanması əsasında 17,62% (2011 - 15,80%) olmuşdur. Bank, birinci dərəcəli kapitalın mövcudluğunu Azərbaycan Respublikası Mərkəzi Bankının 34% (2011 - 43%) kapital tələbinə göstərərək güclü daxili kapital yüksəlişi əldə etmişdir, bu da Bankın nizamnamə kapitalını səmərəli istifadə etməsini göstərir. Biz, Basel II və BASEL III tətbiqin yekunlaşdığı zaman, lazımi kapital səviyyəsinin qarşılanması üzərində çalışmağa davam edərək təsisçilərimizə kapitalı dividend şəklində geri qaytarırıq. 2012-ci ildə Bank səhmdarlara 2011-ci ilin xalis mənfəətindən 982 199 AZN (1 251 209 ABŞ dolları) məbləğində dividend ödəmişdir, bu da Bankın ümumi xalis mənfəətinin 6,1 %-ni təşkil etmişdir.

PAŞA Bank Azərbaycan bazarında lider olmaq üçün müştərilərə rəqabətə dayanıqlı və qabaqcıl məhsullar təklif etmək yolu ilə korporativ və KOS biznesləri sahəsində bazar payını artırmaq üzərində çalışır