Çap

Press-relizlər

PAŞA Bankın baş sponsorluğu ilə Future of Banking adı altında beynəlxalq sammit başa çatdı

Parisdə Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bankın baş sponsorluğu ilə The Economist qrupunun bölməsi - The Economist Conferences - tərəfindən təşkil olunan 4-cü Future of Banking sammiti başa çatdı.
Əvvəlki tədbirlərdə olduğu kimi sammitin işində aparıcı bankların, maliyyə tənzimləyicilərinin, eləcə də dövlət rəsmilərinin nümayəndələri iştirak etmişdir. Fransanın maliyyə naziri Pyer Moskoviçi, Avropa Komissiyasının daxili bazar və xidmət sahələri məsələləri üzrə üzvü Mişel Barnye, Azərbaycan Mərkəzi Bankının baş direktoru Rəşad Orucov, PAŞA Bankın İdarə Heyətinin sədri Fərid Axundov, Garanti Bankın vitse-prezidenti Ebru Edin, Bloomberg LP-nin sədri Piter Qraer və digər tanınmış şəxslər sammitdə çıxış edənlər sırasında yer aldılar.
Dünya miqyasında bankçılıq sektorunun gələcəyi, yeni standartların tətbiqi (məsələn, Bazel III-ə dair tələblər üzrə), inkişaf etməkdə olan ölkələrdə biznesin aparılması perspektivləri və bu gün üçün aktual olan digər məsələlər tədbirin başlıca müzakirə mövzuları olubdur.

https://www.pashabank.az/press_centre,592/lang,az/