Çap

Press-relizlər

SafeWatch Profiling sistemi regionda ilk dəfə PAŞA Bank-ın fəaliyyətində tətbiq olunacaq

SafeWatch Profiling sisteminin (Anti-Money Laundering Solutions həll yolu), regionda ilk dəfə olaraq Azərbaycanın iri banklarından biri olan PAŞA Bank-ın fəaliyyətində tətbiqi gözlənilir. Bu sistem çirkli pulların yuyulması üzrə əməliyyatlara qarşı müqavimət göstərilməsi ilə əlaqədar analitik məsələlərin, o cümlədən müştərilərin profillərinin yaradılması, müştərilərlə əməliyyatların monitorinqi və təqdim olunmuş parametrlər üzrə hesabatların əldə edilməsi ilə bağlı məsələlərin həlli üçün nəzərdə tutulur. Müxtəlif bank əlavələri ilə inteqrasiya imkanını dəstəkləyən bu universal həll yolu bütün məlumatların bir reyestrdə toplanmasına yardım edəcək ki, bu da bütün mümkün risklərin kompleks şəkildə təhlilini aparmaq imkanı verir.
PAŞA Bank-ın Komplaens departamentinin direktoru Anar Kərimovun sözlərinə görə, ötən ilin sonunda PAŞA Bank sözügedən sistemi işləyib hazırlayan "EastNets" şirkətinin nümayəndələri ilə, daha sonra onların MDB üzrə distribüterləri olan "ProFIX" şirkətinin nümayəndələri ilə görüşlər keçirmişdir. "SafeWatch Profiling sistemi üzrə lisenziyanın əldə edilməsi və bu sistemə inteqrasiyası barədə tərəflər arasında müvafiq müqavilə dekabrın 27-də imzalanmışdır. PAŞA Bank-ın işində Sistemin inteqrasiyası və istismara verilməsi 2013-cü ilin təxminən ilk yarımilliyinin sonu üçün gözlənilir" - deyə A.Kərimov bildirmişdir.
Xatırladaq ki, 2011-ci ilin sonlarından PAŞA Bank Azərbaycanda pul vəsaitlərinin leqallaşdırılması ilə mübarizə sahəsində beynəlxalq və milli qanunvericilik normalarına riayət olunması çərçivəsində SafeWatch Filtering müasir kompleks həll yollarını tətbiq edən ilk bank olmuşdur. Bu proqramın müxtəlif modulları onlayn rejimində beynəlxalq "qara siyahılar" - FATF/GAFI, EU, UN, OFAC və s.-dəki qeydlərə uyğun olan məlumatların daxil olduğu məlumatların, transaksiyaların və faylların filtrasiyasını yerinə yetirir.

https://www.pashabank.az/press_centre,589/lang,az/