11/02/2013
Azərbaycanda ilk özəl kredit bürosunun (ÖKB) yaradılması üzrə İcraiyyə komitəsinin 3-cü iclası keçirilmişdir. İclasın gedişində, İcraiyyə komitəsi MÜS-ə (Məlumat Üçün Sorğu) - Büronun işində iştirak etmək arzusunda olan potensial texniki tərəfdaşlardan məlumat əldə etmək üçün sorğu göndərməyə qərar qəbul etmişdir.
İdarə Heyətinin üzvü, "PAŞA Bank"ın Baş Maliyyə İnzibatçısı Şahin Məmmədovun sözlərinə əsasən, özəl kredit bürosunun yaradılması - uzunmüddətli, lakin zəruri və çox mühüm prosesdir. "Kredit bürosunun yaradılması və inkişaf etdirilməsi bütün maraqlı tərəflərdən uzunmüddətli öhdəlik tələb edir: ölkənin maliyyə institutlarından olduğu kimi, həmçinin Azərbaycanın Mərkəzi Bankından da. Gələcəkdə isə, büro Bank üçün kreditlərin verilməsi prosesində məlumatın keyfiyyətinin yaxşılaşdırılmasında köməklik edəcəkdir", - deyə Ş. Məmmədov bildirmişdir.
Xatırladaq ki, hal-hazırda Azərbaycanda ilk ÖKB-nin yaradılması və səhmdar kapitalında iştirak etmək niyyətini bildirən Memorandumu 9 Azərbaycan bankı, o cümlədən "PAŞA Bank" imzalamışdır.