08/02/2013
Beynəlxalq reytinq agentliyi Fitch Ratings Azərbaycanın ən iri banklarından biri olan "PAŞA Bank"ın xarici valyuta üzrə emitentin defolt reytinqini (EDR) - "B+" səviyyəsində "stabil" proqnozu ilə təsdiqləmişdir.
Bankın xarici valyuta üzrə qısamüddətli EDR-i "B" səviyyəsində, davamlılıq reytinqi - "b+" səviyyəsində, dəstəkləmə reytinqi - "5" səviyyəsində, uzunmüddətli EDR dəstəkləmə səviyyəsi "dəstəkləmə səviyyəsi mövcud deyil" kimi təsdiqlənmişdir.
Xatırladaq ki, reytinq agentliyi "PAŞA Bank"a reytinqini 2012-ci ilin sentyabr ayında vermişdir. Həmin tarixdə Banka "Standard & Poor's" beynəlxalq reytinq agentliyi də öz reytinqini vermişdir: uzunmüddətli 'BB-' və qısamüddətli 'B', reytinqin dəyişmə proqnozu - "stabil" göstərilmişdir. Bu göstərici, ölkədə 100% yerli kapitala malik olan bütün özəl banklar arasında ən yüksək və Azərbaycanın bütün özəl bankları arasında isə ikinci ən yaxşı reytinqdir.