30/01/2013
Birliyin iştirakçı-ölkələri ərazisində yeni SWIFT Watch BI analitik vasitəsinin ilk istifadəçisi Azərbaycanın ən iri banklarından biri - PAŞA Bank olmuşdur.

SWIFT Watch BI analitik vasitəsi Banka mövcud dəyişikliklər, rəqib bankların bazarda tutduğu pay, eləcə də, bazardakı ümumi payı barədə informasiya ilə operativ şəkildə tanış olmaq imkanı verir. Bu vasitənin tətbiqi yalnız yerli bazarın və Bankın bu bazarda biznes sahəsinin inkişaf tendensiyalarının obyektiv mənzərəsini yaratmaq üçün deyil, fərqli zaman perspektivlərində biznesin inkişaf istiqamətlərinin başlıca xüsusiyyətlərinin tənzimlənməsinin planlaşdırılması məqsədi ilə informasiyaya yiyələnmək üçün də zəruridir.

PAŞA Bank-ın İdarə Heyətinin üzvü, Əməliyyatlar üzrə Baş İnzibatçı Emil Hacıyevin sözlərinə görə, bankın qarşısında müasir analitik vasitələrin istifadə olunması məqsədi durmuşdur ki hazırda bu məqsədə mərhələli şəkildə nail olunur.

"İstifadənin daha bir üstünlüyü SWIFT-in məsləhətçisi Qertyan van Boçovenin (Geertjan van Bochove), çox qiymətli tövsiyələrindən bəhrələnmə imkanı olmuşdur. Komandamızın gənc olmasını nəzərə alaraq, bu təcrübəli mütəxəssisin təqdimatı bizə sadəcə dar çərçivədə konkret alətlə tanışlıq baxımından deyil, sözün daha geniş mənasında - bu növ analitik vasitələrə bir sıra yanaşma üsulları ilə tanışlıq baxımından da bizə çox yardım etmişdir"- deyə, PAŞA Bank-ın nümayəndəsi fikrini yekunlaşdırmışdır.