07/01/2013
2013-cü ilin aprel ayının 4-5-də baş tutacaq olan "The Marketing Kingdom Baku" sosial media, istehlakçı marketinqi, rəqəmsal marketinq və reklam daxil olmaqla qlobal marketinq dünyasının ən son tendensiyalarını araşdıracaq.
Gələn ilin ən çox gözlənilən biznes tədbiri Greg Nugent, London Olimpiya Oyunlarının Marketinq Direktorunun təqdimatı ilə başlayır. İştirak edənlər daha sonra LEGO tərəfindən tərəfdarlarla qarşılıqlı əlaqə, HP tərəfindən istehlakçı marketinqi, SAP tərəfindən öz müştəriləriniz ilə danışmaq, Microsoft tərəfindən maksimum gəlir üçün marketinq və PR necə bir yerdə işləyə bilər və Novartis tərəfindən rəqəmsal marketinq ilə bağlı innovativ təqdimatları dinləyə biləcəklər. "The Marketing Kingdom Baku"-da həmçinin Marvin Liao, Yahoo!-nun keçmiş Kommersiya Direktoru tərəfindən ən son reklam tendensiyaları üzrə seminar olacaq.
"The Marketing Kingdom" mərkəzi Dubayda yerləşən "P World" şirkəti tərəfindən müxtəlif ölkələrdə təşkil olunub. 2012-ci ildə Zaqreb, Belqrad, Sarayevo və Tiflisdə "The Marketing Kingdom" tədbirində 1800-dən çox nümayəndə iştirak etmişdir. Ölkənin ən iri banklarından biri olan "PAŞA Bank"ın qızıl-sponsor olaraq iştirak etdiyi bu tədbir Azərbaycanda ilk dəfə keçiriləcəkdir.