07/12/2012
PAŞA Bank-ın British Council ilə əməkdaşlıq əsasında həyata keçirdiyi yerli biznes-jurnalistikanın inkişafı üzrə Proqramın reallaşdırılmasının ikinci mərhələsində məşhur jurnalist və məsləhətçi Den Meyson Bakıya gəlmişdir. Bu həftə ərzində Proqramın iştirakçıları online-jurnalistikada tətbiq olunan müasir üsulları öyrənmək, zəruri informasiya axtarışı, peşəkar bloqun aparılması vasitələri və metodu və s. ilə tanış olmaq imkanına malik olmuşlar. Bundan əlavə, D.Meyson yerli jurnalistləri qərbin hadisələrin dərhal işıqlandırılması üçün öz işində sosial media vasitələrindən istifadə təcrübəsi ilə tanış etmişdir.
Eləcə də, təlim çərçivəsində kütləvi-informasiya vasitələrinin nümayəndələri Bankın Baş Əməliyyat İnzibatçısı, İdarə Heyətinin üzvü Emil Hacıyev ilə görüş keçirmişlər. Bankın nümayəndəsi əsasən iqtisadi mövzuları şərh edən jurnalistlərə PAŞA Bank-ın timsalında bank bazarındakı proseslər, bazar iştirakçılarının iş prinsipləri, Bankın yerli və xarici kütləvi informasiya vasitələri ilə əlaqəsi barədə danışmış, eləcə də onların suallarını cavablandırmışdır.
Xatırladaq ki, yerli biznes-jurnalistikanın inkişafı üzrə Proqram xarici peşəkar təlimatçı-müəllimlərin rəhbərliyi altında aparılan bir sıra xüsusi media-kurslardan və yerli KİV jurnalistlərinin Böyük Britaniyaya tanışlıq səfərindən ibarətdir ki, bu proqram çərçivəsində Azərbaycan kütləvi-informasiya vasitələri işçilərinin bu ölkənin aparıcı qəzet, jurnal və digər KİV jurnalistləri ilə görüşləri və təcrübə mübadiləsi planlaşdırılır.
Layihənin başlıca məqsədi, iqtisadi mövzuları işıqlandıran aparıcı jurnalistlər qrupunun yaradılmasından ibarətdir ki, onlar avropalı həmkarlarının çoxillik təcrübəsi ilə tanış olmaqla, əldə etdikləri bacarıqları ölkədə baş verən iqtisadi dəyişikliklərin və müxtəlif biznes-proseslərin daha peşəkarcasına işıqlandırılmasında və təhlilində tətbiq edə biləcəklər.