05/12/2012
Dekabrın əvvəlində qolf üzrə "Azerbaijan Open" növbəti illik turniri keçirilmişdir. PAŞA Bank-ın sponsorlardan biri kimi çıxış etmiş builki idman yarışı dünyanın müxtəlif ölkələrindən 88 iştirakçını toplamışdır.
Hər zaman olduğu kimi, "Azerbaijan Open" adı altında Dubayda Montqomeri qolf-klubunun kortlarında keçirilən builki turnirə yalnız peşəkarlar deyil, bir çox ölkələrdə məşhur olan bu idman növünün həvəskar-oyunçuları da maraq göstərirlər.
Ənənəvi olaraq, bu beynəlxalq turnirin iştirakçıları arasında uğurlu biznesmenlər, orta və yüksək səviyyəli top-menecerlər, iri şirkətlərin rəhbərləri vardır ki, onlar üçün qolf meydançası yalnız fəal istirahət deyil, həm də qeyri-rəsmi şəraitdə faydalı işgüzar əlaqələrin qurulması və tanışlıq yeridir.
Qeyd edək ki, "Azerbaijan Open 2012" turnirinin keçirilməsindən əldə olunan bütün gəlir xeyriyyə məqsədlərinə sərf olunacaq.