Çap

Press-relizlər

“PAŞA Bank” Milad Bazarının sponsoru olub

Ötən həftənin sonunda "Kapelhaus" Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti Bakıda növbəti Milad Bazarı təşkil edib. Tədbirin sponsorlarından biri də "PAŞA Bank" olub.
Ötən illərdəki kimi, tədbir çərçivəsində gözəl bayram tamaşası təşkil olunub və ənənəvi milad mahnıları səslənib. Həftənin bazar günü tədbirə təşrif buyuran qonaqlara gözəl milad hədiyyələri, müxtəlif Yeni il bəzəkləri, qeyri-adi şamlar və bir çox başqa hədiyyələr bağışlanıb. Tədbirdə iştirak edən Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin xanımı Korin Kvellinin sözlərinə görə, bu ilki tədbirə yığışan qonaqların sayı daha çox olub.
Bayram ab-havasında qonaqlara müxtəlif cür salatlar, isti şərab, şirniyyatlar, konfet, şokolad və bayram tədbirinin təşkilində iştirak edən insanların hazırladığı digər ləzzətli yeməklər və şirniyyatlar təklif olunub. Ənənəyə sadiq qalaraq, Milad Bazarı maraqlı prizlərin oynanması ilə xeyriyyə lotereyasının keçirilməsi ilə başa çatıb.
"PAŞA Bank"ın İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Sona Abbasovanın dediyinə görə, Milad Bazarının keçirilməsinə dəstək Bank üçün gözəl bir ənənəyə çevrilib. "Bu bilavasitə bizim iştirakımızla keçirilən üçüncü tədbirdir. Tam əminliklə deyə bilərəm ki, gələn il də biz böyük məmnuniyyətlə Milad Bazarının keçirilməsinə dəstək verəcəyik", - S. Abbasova deyib.

https://www.pashabank.az/press_centre,569/lang,az/