Bu gün Osaka şəhərində hər il dünyanın aparıcı kredit və maliyyə institutlarının minlərlə nümayəndələrini bir araya toplayan böyük beynəlxalq maliyyə forumu SIBOS işinə başlayır.
Keçən il olduğu kimi, bu il də tədbirdə "PAŞA Bank"ın iştirakı, bankın ötən il ərzindəki imkanlarını və nailiyyətlərini təqdim etməsi üçün əlverişli məqamdır. "Bu, bizim fəal şəkildə iştirak etdiyimiz üçüncü beynəlxalq SIBOS forumudur. Belə tədbirlər yeni iş əlaqələrinin yaranmasına imkanlar açır, bank işi sahəsində texnoloji yeniliklərlə və bir çox başqa məsələlərlə tanışlıq fürsəti yaradır. Bir sözlə, SIBOS beynəlxalq bazar iştirakçılarına yeni üfüqlər açan "yeni bank platformasıdır", - deyə Bankın İdarə Heyətinin sədri Fərid Axundov bildirib.
https://www.pashabank.az/press_centre,565/lang,az/