30/10/2012
Oktyabr ayının 26-28-də Bakının mərkəzi küçələrində klassik "Formula 1" və GT3 seriyalı avtomobillərin yarışı keçirilib. Tamaşaçılara dünya avtomobil sənayesinin aparıcı modelləri, xüsusilə Porsche 911, Aston Martin Vantage GT3, Mercedes Benz SLS AMG GT3, Audi R8 LMS, BMW Z4 GT3, Ferrari 458 Italia GT3 və başqaları nümayiş etdirilib.
Rəngarəng musiqi şouları ilə növbələşən yarış 2 km-dən bir az uzun olan trassada keçirilib. Tamaşaçılar üç gün ərzində bu idman növünün pərəstişkarlarını sevindirən son dərəcə müasir avtomobil pilotlarının ustalığını və qabiliyyətini (o cümlədən, məşhur Jak Vilnev və Yos Ferstappeni) yüksək qiymətləndirmişlər.
Qeyd edək ki, 120 ölkədə təxminən 300 milyon tamaşaçının canlı izlədiyi bu idman tədbirinin sponsorlarından biri "PAŞA Bank" olub.