18/10/2012
Britaniyanın biznes kommunikasiyalar sahəsində konsaltinq şirkəti College Hill Azərbaycanın Caspian Links PR agentliyi ilə strateji əməkdaşlığı çərçivəsində PASHA Holding şirkətlər qrupunun əməkdaşları üçün eksklyüziv master-klass təşkil etmişdir.
Master-klasın aparıcısı kimi, beynəlxalq miqyasda PR üzrə mütəxəssis kimi tanınan, "Qazprom marketinq"in PR Şöbəsinin keçmiş direktoru olmuş, hazırda College Hill-in əsas tərəfdaşı, London fond birjasında təmsil olunan şirkətlərə maliyyə sahəsində PR üzrə xidmətlər göstərən Filip Dyuhorst (Philip Dewhurst) çıxış etmişdir.
F.Dyuhorst britaniya mütəxəssisləri tərəfindən korporasiyaların və onların rəhbərlərinin imicinin idarə olunması misalında İctimaiyyətlə Əlaqələr məsələsinə avropa yanaşması, eləcə də, "Qazprom" konserni Köhnə dünya ölkələri və ABŞ bazarlarına çıxmağa hazırlaşdığı bir vaxtda bu rusiya şirkəti ilə öz iş təcrübəsi barədə danışmışdır. "Qazprom"un İctimaiyyətlə Əlaqələrinin bütün beynəlxalq istiqamətlərinin rəhbəri olaraq, F.Dyuhorst rusiya konserninin beynəlxalq, müstəqil korporasiya kimi nüfuz qazanması strategiyasını işləyib hazırlamış və həyata keçirmişdir.
PASHA Bank-ın İdarə Heyətinin Sədri Fərid Axindovun sözlərinə görə, Bankın beynəlxalq ekspansiyasını, ələlxüsus, yaxın gələcəkdə İsveçrədə ofisinin açılması planlarını nəzərə alaraq, əcnəbi mütəxəssisin Holding-in, o cümlədən, Bankın əməkdaşları ilə paylaşdığı təcrübə çox qiymətli və əhəmiyyətlidir. "F.Dyuhorst müasir dövrün ən yaxşı PR mütəxəssislərindən biri kimi Köhnə dünya ölkələrində məşhurdur. Hesab edirəm ki, onun təcrübəsindən əyani nümunə kimi istifadə olunması Azərbaycanın aparıcı banklarından biri kimi PASHA Bankın brendinin ölkənin hüdudlarından kənarda daha da yaxşı tanınmasına imkan yaradacaqdır". - F.Axundov qeyd etmişdir.
Caspian Links PR agentliyinin Baş Direktoru Vüqar Xəlilovun qeyd etdiyi kimi, korporativ imicin və KİV ilə qənaətbəxş münasiblətərin ümumilikdə işgüzar fəaliyyətdə uğur qazanmanın tərkib hissələrindən birini təşkil etdiyi yeni bazarlara ekspansiya mərhələsində F.Dyuhorstun xidmətləri və təcrübəsi əvəzsizdir. "PASHA Holding korporaiv imicin mühümlüyünə böyük əhəmiyyət verərərk, F.Dyuhorstun təcrübəsi ilə maraqlanmışdır. Bu, Azərbaycanın digər iri şirkətləri üçün parlaq nümunədir, belə ki, onların korporativ imici bütün ölkənin nüfuzunun mühüm elementləindən biridir", - deyə, B.Xəlilov bildirmişdir.