15/10/2012
Oktyabrın 12-də Beynəlxalq Muğam Mərkəzində IV-cü Beynəlxalq Uşaq Muğam Festivalının finalı keçirilmişdir. Mədəni tədbir Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi tərəfindən, ölkənin ən böyük banklarından biri olan PAŞA Bank-ın baş sponsorluğu ilə təşkil edilmişdir.
Azərbaycanda ilk dəfə Uşaq Muğam Festivalı 17 il əvvəl keçirilmişdir, lakin beynəlxalq status ona yalnız 4 il əvvəl verilmişdir. Bu müddət ərzində, tədbirdə iştirak edən ölkələrin sayı 8-ə çatmışdır. Bu dəfə festivalın finalına ənənəvi Azərbaycan muğamının, türk "uzun havasının", özbək-türkmən "şaşmağının", qırğız-tacik "dastançılığının" 16 gənc ifaçısı çıxmışdır. Azərbaycan 6 istedadlı gənc ilə təmsil olunmuşdur. 
PAŞA Bankın ictimaiyyətlə əlaqələr və marketinq Departmamentinin direktoru S. Abbasova qeyd etdiyi kimi, bazarda 5 illik fəaliyyəti ərzində Bank bir çox mədəni tədbirlərdə, o cümlədən, konsert və festivallarda birbaşa iştirak edib. Bunun əsas məqsədi muğam ənənələrini davam etdirmək və onu dünyaya təqdim etməkdir. Sonda isə xanım Abbasova qeyd etdi ki, "Buna görə də, Sosial Məsuliyyət Proqramımızda, biz, həm yerli, həm də beynəlxalq səviyyədə, Azərbaycan xalqının mədəni irsinin təbliğinə böyük əhəmiyyət vermişik və gələcəkdə də verəcəyik.".
Münsiflər heyətinin qərarına əsasən, festivalın baş mükafatına gənc müğənni Mirpaşa Şükürov, I-ci yerə - ölkəmiz və Tacikistan, II-ci yerə - Özbəkistan və Türkiyə, III-cü yerə Azərbaycan, Qırğızıstan və İraq nümayəndələri layiq görülmüşlər. Digər iştirakçılar həvəsləndirici mükafata layiq görülmüşlər.