Çap

Press-relizlər

PAŞA Bankın dəstəyi ilə beynəlxalq konfrans keçirilmişdir

5 oktyabr tarixində Bakıda "Kapital bazarlarının formalaşması - meyllər, çətinliklər və imkanlar" adlı beynəlxalq konfrans keçirilmişdir. Tədbir ölkənin aparıcı banklarından biri olan PAŞA Bankın dəstəyi ilə Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Dünya Bankı tərəfindən təşkil edilmişdi.
Müzakirənin əsas mövzuları qiymətli kağızlar sahəsində dövlət tənzimləməsinin inkişaf meylləri, fond birjalarının və depozitar mərkəzlərin inkişafı, bankların fond bazarının formalaşmasında rolu və s. idi.
PAŞA Bankın İdarə Heyətinin sədri cənab Fərid Axundov öz nitqində qeyd etdi ki, Bank hazırda yerli qiymətli kağızlar bazarında ən fəal iştirakçılardan biridir. "PAŞA Bankın bu sahədə qazandığı nailiyyətlər beynəlxalq səviyyədə qəbul edilmişdir ki, bu da bizi sevindirməyə bilməz. PAŞA Bankın istək və arzuları yüksəkdir. Gələcəkdə biz bu sahədə vəziyyətimizin möhkəmləndirilməsini, həmçinin Azərbaycanda qiymətli kağızlar bazarının inkişafına yönəlmiş proseslərdə öz rolumuzun gücləndirilməsini planlaşdırırıq" - F. Axundov qeyd etdi.
Qeyd edək ki, konfransda müxtəlif strukturların, o cümlədən Milli Depozitar Mərkəzinin, Azərbaycanın Mərkəzi Bankının yüzdən artıq nümayəndələri, o cümlədən xarici nümayəndələr də iştirak etmişdir.

https://www.pashabank.az/press_centre,560/lang,az/