18/09/2012
Beynəlxalq reytinq agentliyi Fitch Ratings ölkənin ən iri banklarından biri olan PASHA banka "B+" səviyyəsində və "stabil" proqnozlu olmaqla uzunmüddətli emitent defoltu reytinqi (EDR) vermişdir.
Xarici valyutada qısamüddətli EDR "B", davamlılıq reytinqi "b+", dəstəklənmə reytinqi "5", uzunmüddətli EDR-nin dəstəklənmə səviyyəsi isə "dəstəklənmə səviyyəsi yoxdur" kimi qiymətləndirilmişdir. Fitch Ratings-in mütəxəssisləri tərəfindən reytinqlərin hazırlanması zamanı bankın maliyyə göstəriciləri - kapital, likvidlik və gəlirlilik nəzərə alınmışdır. Xatırladaq ki, bir həftə əvvəl Standard & Poor's reytinq agentliyi Banka uzunmüddətli və qısamüddətli kontragent kreditləri üzrə "BB-/B" reytinqini və "sabit" proqnoz təyin etmişdir.