13/09/2012
Sentyabr ayında Beynəlxalq Reytinq Agentliyi Standard & Poor's PAŞA Bank-a sabit proqnozla uzun-müddətli "BB-" və qısa-müddətli "B" tərəfdaşlıq kredit reytinqi vermişdir. Bu Azərbaycanın 100% yerli kapitala malik olan özəl bankları arasında ən yüksək, ümumiyyətlə isə Azərbaycan özəl bankları arasında ikinci ən yüksək reytinqdir.
PAŞA Bank adekvat biznes mövqeyi, güclü kapital və mənfəət, orta risk mövqeyinə və adekvat
Bankın uzun-müddətli reytinqi onun ölkənin maliyyə sistemi üçün kəsb etdiyi yüksək əhəmiyyətdən və Standard & Poor's-un qiynətləndirməsinə əsasən Azərbaycan hökumətinin bank sisteminə göstərdiyi dəstəkdən irəli gəlir.
Banka verilmiş sabit proqnoz isə Standard & Poor's-un PAŞA Bankdan öz bazar payını genişləndirməsi və kredit protfelini iki il ərzində ildə ən azı 30% artırması, və eyni zamanda güclü kapitalizasiya və adekvat likvidliyini qoruyub saxlamsi gözləntilərini əks etirir.