29/06/2012
Azərbaycanın ən böyük Banklarından olan PAŞA Bankın nizamnamə kapitalının artırılması proseduru 29 iyun 2012 tarixində başa çatdırılmışdır.
Səhmlərin nominal dəyərinin artırılması nəticəsində bankın nizamnamə kapitalı 136 869 400 AZN-dən 157 000 000 AZN-dək, yəni, təxminən 15% artmışdır. Xatırladaq ki, bundan bir qədər əvvəl qiymətli kağızlar üzrə Dövlət komitəsi PAŞA Bankın sadə adsız qeyri-dokumentar səhmlərinin emissiyası prospektini qeydiyyata almışdır. Emissiyanın yerləşdirilməsi nominalı 13 686, 94 AZN olan 10 000 səhmin nominalı 15 700 AZN olan eyni həcmli səhmlərə konvertasiyası yolu ilə həyata keçirilmişdir.