Çap

Press-relizlər

PAŞA Bank ASC British Council təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində keçirilən inşa müsabiqəsinin qaliblərini elan edir

PAŞA Bank ASC British Council təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində 2012-ci ilin aprel-may aylarında keçirilən inşa müsabiqəsinin qaliblərini elan edir.
Bu layihənin əsas məramı iqtisadi inkişafın, həyata keçirilən islahatlar məsələlərini müzakirə etmək və gənclərin Azərbaycanın gələcək inkişafında daha aktiv rol oynamağa sövq etməkdir. Müsabiqədə iştirak etmək üçün ingilis dilində 92 inşa təqdim olunmuşdur. İnşalar aşağıda təqdim olunmuş üç mövzuya əsasən yazılmışdır:
• "Dünyanın Gələcəyi - İqtisadi İnkişaf yoxsa İqsidadi Təhlükəsizlik" ("Future of the World - Economic Development Versus Economic Security")
• " Bu günkü dünyanın üç ən mühüm problemi" " ("Three Top World Challenges Today"),
• "Qlobal Düşün Yerəl Hərəkət Et - Gənclərin Azərbaycan İqtisadiyyatında İştirakı" ("Think Globally, Act Locally - Youth Participation in Azerbaijan Economic Development")
Münsiflər heyyəti fikrin orijinalliğina, dəlillərin struktur və məzmununa, həmçinin təqdim olunmuş inşanın müsabiqənin mövzuları ilə bağlılığına əsaslanaraq 34 inşa seçmişdir. 34 nəfər tələbə müsahibəyə dəvət olunmuşdur və bunların arasından yeddi nəfər final mərhələ müsahibəsinə seçilmişdir.

Müsabiqənin qalibləri:
Birinci yerin sahibləri Gunay Miriyeva, Azərbaycan Dövlət İqtisad Universiteti və Murad Həmidov, Azərbaycan Dövlət İqtisad Universiteti. Onlar Londonun King's College-in Yay Məktəbində iki aylıq təhsil qazandılar (2012-ci ilin İyul Avqust aylarında). QS (Quacquarelli Symonds) Dünya Universitetləri Renkinqinə əsasən King's College London dünyanın 30 ən yaxşı Universitetlərindən biridir). King's College London Yay Məktəbi haqqında daha ətraflı məlumatı bu internet səhifəsində əldə edə bilərsiniz: http://www.kcl.ac.uk/study/summerschool/index.aspx
İkinci yerin sahibi Bəbirzadə Ceyhun, Azərbaycan Dövlət İqtisad Universiteti və ikinci yerin mükafatı LapTop.
Üçüncü yerin sahibi Cəfərova Nigar, Azərbaycan Dövlət İqtisad Universiteti və üçüncü yerin mükafatı İPad.
Aşağıda adı verilən iştirakçılar British Council və Paşa Bankdan həvəsləndirici mükafatlar alacaqlar:
Sadıxova Ceyla, Azərbaycan Dövlət İqtisad Universiteti
Hüseynov Ceyhun, Azərbaycan Dövlət İqtisad Universiteti
Məmmədli Firüzə, Azərbaycan Dövlət Neft Akademiyası
British Council məmnuniyyətlə sizi hədiyyələrin qaliblərə rəsmi təqdim edilməsi mərasiminə dəvət edir. Mərasim 21 iyun, 2012-ci il saat 11:00-da Park İnn Otelinin Nəsimi otağında keçiriləcəkdir. Mərasimdə British Council-ın Direktoru və Paşa Bank-ın səlahiyətli nümayəndələri qaliblərə hədiyyələri təqdim edəcək.
Müsabiqə haqqında daha ətraflı məlumat üçün Britsh Council-ın Proqramlar üzrə icraçısı Əsmər Əliyevaya müraciət edin.
Telefonlar 497 15 93, 497 20 13 və faks 498 92 36.

https://www.pashabank.az/press_centre,544/lang,az/