11/06/2012
British Council PAŞA Bankın Partnyorluğu ilə məmnuniyyətlə jurnalistlər üçün biznes jurnalistika sahəsində təlim proqramının davamını elan edir. Layihənin məqsədi xüsusi hazırlanmış müfəssəl təlim proqramı vasitəsilə milli mətbuata professional bilik və səriştənin artırılmasında kömək etməkdir.
Layihə Böyük Britaniyanın 100-dən artıq ölkədə fəaliyyət göstərən, Avropanın ən böyük media təşkilatlarından biri sayılan və mətbuatda ən yüksək etik və peşəkar standartları dəstəkləyərək müxtəlif ölkələrdən minlərlə jurnalistlərin müxtəlif kütləvi media vasitələrinin yaradılmasına imkan yaradan Thomson Fondunun təşkilati dəstəyi ilə həyata keçiriləcək. Layihə çərçivəsində media sahəsində xüsusi tərtib olunmuş təlim proqramının keçirilməsi və seçilmiş jurnalistlərin Böyük Britaniyaya təlim səfəri nəzərdə tutulmuşdur. Səfər zamanı tanınmış qəzet və jurnal, eləcə də digər media müəssisələrində qabaqcıl jurnalistlərlə görüşlər təşkil olunacaqdır. Bizim məqsədimiz qabaqcıl jurnalistlər qrupu yaratmaqla ölkədə düzgün və balanslı məlumatın çatdırılması və Azərbaycanda biznes jurnalistika standartlarının nəzərə çarpacaq dərəcədə inkişaf edilməsinə töhfə verməkdir.

Seçiləcək iştirakçılardan tələb olunanlar:
• Jurnalistika sahəsində minimum 2 illik iş təcrübəsi
• Ölkədaxili radio və televiziya yayımları, çap, onlayn mediada işləməli
• Bütün təlim kurslarında iştirak edə bilməli
a) 3 təlim sessiyası Bakıda (hər təlim 5 tam gün olmaqla)
b) Təlim məqsədilə 2013-cü ildə Böyük Britaniyaya 4-5 günlük səfər

Marağı olan şəxslər ərizə formasını British Council-ın internet səhifəsindən www.britishcouncil.az yükləməlidirlər. Doldurulmuş ərizə formasını, CV ilə birgə 2012-ci il 22 iyun tarixindən gec olmayaraq enquiries@britishcouncil.az elektron poçt ünvanına göndərilməlidirlər.
Uyğun namizədlər musahibəyə dəvət olunacaqlar.
Layihə haqqında məlumat: PAŞA Bank, British Council və Thomson Fondu ötən il ərzində Azərbaycanda bir etalon media təlimi layihəsi keçirib. 2011-ci ilin may ayından başlayaraq Biznes Jurnalistika layihəsi çərçivəsində British Council, biznes mövzularını əhatə edən media sahəsində işləyən Azərbaycanın qabaqcıl jusrnalisti üçün təlimlər təşkil etmişdir. Bu təlimlər Böyük Britaniyanın London və Kardif şəhərlərinə tədris səfəri ilə bitmişdir. Təlim Azərbaycan Media Mərkəzində Thomson Fondu tərfindən təyin olunmuş təcrübəli təlimçi tərəfindən keçirilmişdir.
Təlim zamanı fəaliyyətlərə daxil idi: 15 günlük xüsusi mediakursun təşkili və icrası və jurnalistləin Böyük Britaniyaya səfəri zamanı məşhur qəzetlər, jurnallar və digər media qurumlarında iş təcrübəsinin mübadiləsi və Britaniyanın aparıcı jurnalistləri ilə görüşlər.

Əlavə məlumat üçün əlaqə saxlayın:
Dilarə İbrahimova
Proqramlar üzrə menecer
British Council Azərbaycan
T: 4971593; 4972013
F: 4989236