30/05/2012
"PAŞA Bank" ASC-nin Gəncə və Zaqatala şəhərlərində yerləşəcək filiallarının memarlıq-planlaşdırma və dizayn həllinin eskiz və işçi layihəsinin hazırlanması üçün tenderə dəvət edir.
Tender iştirakçıları Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Yusif Məmmədəliyev küçəsi, 15 ünvanında yerləşən "PAŞA Bank"ın inzibati binasından ala bilərlər (əlaqələndirici şəxs: (012) 493-74-31).
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Tender təkliflərinin qiymətləndirməsində aşağıdakı meyarlara üstünlük veriləcək: Ən səmərəli və yüksək keyfiyyətli tender təklifinə, analoji işlər üzrə təcrübəsinə, kadr potensialına, maliyyə və texniki imkanlara.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
2. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
4. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
5. İddiaçının analoji işlərdə təcrübəsi, texniki və kadr imkanları haqqında rəsmi məlumat (eskiz və işçi layihələr CD-də təqdim oluna bilər).

Sənədlər Azərbaycan ya İngilis dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 29 iyun 2012-ci il tarixinə kimi Bakı şəhəri, Məmmədəliyev küçəsi, 15 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 02 iyul 2012-ci il tarixində Bakı şəhəri, Məmmədəliyev küçəsi, 15 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI