18/04/2012
Azərbaycan Banklar Assosiasiyasında 17 aprel tarixində keçirilən xüsusi İclasda SWIFT (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) İstifadəçilərinin Milli Qrupunun yeni rəhbəri seçildi.
Azərbaycan bank icmasının nümayəndələrinin qərarına əsasən, bundan sonra bu vəzifəni PAŞA Bankın Baş Əməliyyat İnzibatçısı (BƏI) və İdarə Heyətinin Üzvü Emil Hacıyev icra edəcək . Qeyd etmək lazımdır ki, E. Hacıyev bu sahə üzrə təcrübəli mütəxəssisdir, və əvvəllər Azərbaycan Mərkəzi
Qeyd edək ki, SWIFT maliyyə telekommunikasiyaları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatdır. Hal-hazırda standartlaşdırılmış maliyyə məlumatlarının mübadiləsi üçün SWIFT şəbəkəsindən (ildə təxminən 2,5 milyard ödəniş tapşırıqları) 200-dən artıq ölkədən 9000-dən artıq bank, maliyyə təşkilatı və korporasiyalar istifadə edir. SWIFT istifadəçilər arasında məlumatların ötürülməsinə görə maliyyə məsuliyyətini daşıyan yeganə təşkilatdır.