Çap

Press-relizlər

PAŞA Bank “Azərbaycanın Ən Yaxşı İnvestisiya Bankı” elan edilmişdir

Nüfuzlu beynəlxalq maliyyə jurnalı olan "EMEA Finance" 2011-ci ilin Avropa Bankçılıq Mükafatının qaliblərinin siyahısını elan etmişdir (Europe Banking Awards 2011). Səsvermənin nəticələrinə görə, "Azərbaycanın Ən Yaxşı İnvestisiya Bankı" nominasiyasında qalib kimi PAŞA Bank seçilmişdir.
"Europe Banking Awards 2011" mükafatının qalibləri, maliyyə sənayesi üzrə dünyanın aparıcı ekspert-analitiklərinin və bankçılıq üzrə məsləhətçilərin iştirak etdikləri səsvermə nəticəsində müəyyən edilir. İnkişaf edən ölkələrin bazarlarında bank sektorunun təhlilində aktivlərin çoxalması, mənfəətlilik, strateji münasibətlərin inkişafı, müştəri xidmətləri sahəsi, rəqabət aparma qabiliyyəti, innovasiya məhsulları istiqaməti və sairə kimi meyarlar nəzərə alınır.
"EMEA Finance" jurnalının baş icraçı direktoru Kristofer Murun sözlərinə görə, PAŞA Bank qiymətli kağızlar bazarında öz aktiv fəaliyyətinə və bu sektoru tənzimləyən dövlət orqanları ilə birgə yerli kapital bazarının inkişafına önəmli töhfəsinə görə bu mükafata layiq görülmüşdür. "Azərbaycanın Ən Yaxşı İnvestisiya Bankı" nominasiyası üzrə qalib ilk dəfə seçilmişdir, və biz çox şadıq ki, bu mükafat ən layiqli namizədə çatdı" - K.Mur dedi. Bankın İdarə Həyətinin üzvü, Xəzinədarlıq və İnstitusional Bankçılığın başçısı Taleh Kazımov öz növbəsində qeyd edilən hadisəyə şərh verərək qeyd etmişdir ki, PAŞA Bankın investisiya istiqamətində işinin nəticələrinə peşəkar dairələrdə bu cür yüksək qiymətin verilməsi çox sevindirici haldır. "Ötən ildə biz bir neçə iri miqyaslı layihələri həyata keçirməyə müvəffəq olduq, və "EMEA Finance" tərəfindən bizə verilən bu mükafat inkişaf istiqamətimizi düzgün seçdiyimizə birbaşa dəlalət edir. Bu nüfuzlu mükafatın PAŞA Banka verilməsi onun Azərbaycan bankları arasında aparıcı mövqelərinin statusunu bir daha təsdiq etmişdir. Bu bizim həmin sahədə birinci mükafatımızdır və biz yorulmadan çalışmalıyıq ki, bu bəhs edilən nominasiyada bizim sonuncu mükafatımız olmasın", - T.Kazımov vurğulamışdır.
Xatırladaq ki, ötən ilin əvvəlindən başlayaraq PAŞA Bank hüquqi şəxslər üçün anderraytinq xidmətləri təklif etməyə başlamışdır, bu da qiymətli kağızlar bazarının oyunçuları tərəfindən müsbət qarşılanmışdır. Bank tərəfindən 70,4 milyon AZN dəyərində 4 emitentin korporativ istiqrazları buraxılmışdır, və burada bir yerli kommersiya bankının istiqrazlarının (20 milyon AZN dəyərində) digər bank tərəfindən yerləşdirilməsi ilə bağlı Azərbaycan bazarında birinci təcrübəni xüsusi qeyd etməyə dəyər. Bundan əlavə, 2011-ci ildə PAŞA Bank kağızlar bazarında ilk dəfə qiymətli market-meyker qismində çıxış etmişdir. Artıq bu gün Bakı Səhm Birjası (BSB) və ya Blumberq terminalı vasitəsilə Bank tərəfindən təyin edilən istiqrazların alışı/satışı qiymətlərini gündəlik olaraq müşahidə etmək mümkündür, bilavasitə BSB-də isə onların alışı və satışı üzrə əməliyyatları həyata keçirmək olar. Gələcəkdə, yeni emitentlərin buraxılmasını təşkil edərək Bank bazarın peşəkar iştirakçısı kimi öz mövqelərini gücləndirməyi, ikinci dərəcəli qiymətli kağızlar bazarını inkişaf etdirməyi planlaşdırır, bu da birmənalı şəkildə ümumiyyətlə qiymətli kağızlar bazarının inkişafına təsir göstərəcək.
Ümumilikdə isə 2011-ci ilin nəticələrinə görə Bankın qiymətli kağızlar portfeli ümumi aktivlərin təxminən 45 %-ni (261 milyon AZN) və Xəzinədarlıq tərəfindən bilavasitə idarə edilən aktivlərin 80 %-ni (322 milyon AZN) təşkil edir.
Qeyd edək ki, "EMEA Finance" jurnalı "Exporta Publishing & Events Ltd" təşkilatının beynəlxalq maliyyə sahəsində hadisələrin və tədbirlərin icmalını aparan maliyyə nəşridir. Jurnal bir çox maliyyə təşkilatları və onların Avropada, Yaxın Şərqdə və Afrikada (ixtisarla EMEA) inkişaf edən ölkələrdəki müştəriləri üçün müstəqil ekspert nəşri sayılır.

https://www.pashabank.az/press_centre,535/lang,az/