Çap

Press-relizlər

PAŞA Bankın dəstəyi ilə Bakıda "Buttonwood Breakfast: Global Economics" beynəlxalq forumu keçirildi

Aprelin 4-də "Hilton Baku" mehmanxanasında "Buttonwood Breakfast: Global Economics" forumu keçirildi. Bu tədbir Azərbaycanın ən iri banklarından olan PAŞA Bankın birbaşa iştirakı ilə "The Economist Group" tərəfindən təşkil edilmişdi. Forumun əsas məqsədi dünya iqtisadiyyatının inkişaf perspektivlərinin nəzərdən keçirilməsi və dəvət edilmiş ekspertlərlə 35 sərmayədar və regional miqyaslı biznes-strukturların rəhbərləri arasında bir sıra iqtisadi ssenarilərin həyata keçirilməsinin mümkünlüyünün və təsir potensialının müzakirəsi oldu.
PAŞA Bankın İdarə Heyətinin Sədri Fərid Axundovun tədbir iştirakçılarını salamlama nitqində qeyd etdiyi kimi, dünya iqtisadiyyatında mövcud olan çətin şəraitə baxmayaraq, son illərdə Azərbaycan regionun əsas oyunçusu rolunu möhkəmlədə bilib. "Ölkənin ÜDM Zaqafqaziya ölkələrinin ümumi ÜDM payının 2/3-nü təşkil edir və, Azərbaycanın iqtisadiyyatın diversifikasiyasında nəzərəçarpacaq inkişafa nail olduğunu nəzərə alaraq, ölkə beynəlxalq aləmdə getdikcə daha çox tanınır və nüfuz qazanır. Öz növbəsində bank sektoru sərmayədarlarla iqtisadiyyatın daşınmaz əmlak sektoru arasında özünəməxsus "körpü" rolunu oynayır, çünki biz hər iki tərəfin tələblərindən və problemlərindən xəbərdarıq. Xüsusən məmnuniyyətlə qeyd etmək istərdim ki, PAŞA Bank failiyyətə başladığı dövrdən diversifikasiya prosesinə yardım edir və qeyri-neft sektorunu təmsil edən şirkətlərə xidmət təminini qarşısına məqsəd qoymuşdur. Bu baxımdan, "The Economist Group"un hazırkı tədbiri bizimlə - Azərbaycanın ən iri banklarından biri ilə birgə keçirməsi son dərəcə əlamətdar hadisədir."
Bundan sonra tədbirdə Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanda nümayəndəliyinin başçısı Neyl MakKeyn (Neil McKain), "Silk İnvest" şirkətinin investisiyalar üzrə direktoru Daniel Brobi (Daniel Broby) və başqaları məruzə ilə çıxış etdilər. Məruzələrin dinlənməsindən sonra dünya biznesinin Bakıya dəvət edilmiş nümayəndələri Avrozona ölkələrində, Asiya və Amerikada böhrandan sonrakı dövrdə iqtisadi vəziyyət; bir sıra iqtisadi ssenarilərin potensial təsir ehtimalı və dünya iqtisadiyyatı üçün yeni çətinliklərin yaranması, o cümlədən, yuxarıda qeyd olunanlar nöqteyi-nəzərindən - maliyyə böhranının iqtisadiyyatına nəzərəçarpacaq dərəcədə az təsir göstərdiyi bir ölkə kimi Azərbaycana sərmayələrin qoyulması və işgüzar fəaliyyətin aparılması kimi vaxtı çatmış məsələlər barədə fikir mübadiləsi apara bildilər.
"Buttonwood Breakfast: Global Economics" beynəlxalq forumunun işində BP, Chevron, Societe Generale, Commerz Bank, Ernst & Young və s. kimi beynəlxalq aləmdə tanınmış şirkətlərin onlarla nümayəndəsi çıxış etdi. Qeyd etmək lazımdır ki, "The Economist" "Buttonwood Breakfast" forumunu 4 ildə birinci dəfədir ki, Bakıda keçirir. Həmçinin 2011-ci ilin noyabrında PAŞA Bank Tbilisidə keçirilən Gürcüstanda perspektiv sərmayə imkanlarının təhlilinə həsr edilmiş beynəlxalq konfransın rəsmi tərəfdaşı olmuşdur.

https://www.pashabank.az/press_centre,533/lang,az/