30/03/2012
Fevral ayının sonunda "Ernst & Young" şirkəti Azərbaycanın bankçılıq bazarının əsas sistem yaradıcı iştirakçılarından biri olan PAŞA Bankın keçən ilin maliyyə göstəriciləri üzrə auditor rəyini təqdim etmişdir.
Beləliklə, 2011-ci ilin nəticələrinə əsasən Bank bazarın ən iri iştirakçılarından biri kimi öz yerini saxlamışdır. Cəmi kapital 149 182 min AZN (189 679 min ABŞ dolları), aktivlər 573 879 min AZN (729 662 min ABŞ dolları) səviyyəsinə çatmışdır ki, bu da 2010-cu ilin nəticələrinə əsasən alınmış analoji göstəricidən 12% artıqdır (512 040 min AZN/651 372 min ABŞ dolları).

PAŞA Bankın 2011-ci il üçün aktivləri aşağıdakılardan ibarətdir:
- Qiymətli kağızlar portfeli - 46%
- Kredit portfeli - 41%
- Nağd pul və pul ekvivalentləri - 6%
- Maliyyə təşkilatları üçün vəsaitlər - 4%
- Digər aktivlər - 3%

Hesabat dövrünə Bankın kredit portfeli 196 081 min AZN-dən (249 308 min ABŞ dolları) 26% artaraq 246 769 min AZN (313 755 min ABŞ dolları) olmuşdur. Vaxtı keçmiş kreditlərin (non performing loans, NPL) ümumi kredit portfelində payı 10,75% təşkil etdi. Problemli kreditlərin əksər hissəsi (65%) iki korporativ müştərinin yerinə yetirilməmiş öhdəliklərindən ibarətdir. Bununla belə, güclü rəqabəti və onların təmsil etdiyi sektorlarda mövcud olan müvəqqəti çətinlikləri nəzərə alaraq, Bankın rəhbərliyi bu kreditlərin statusunu dəyişməmək qərarını verdi. Bu vəziyyət təşkilatın menecmentinin ciddi diqqəti və nəzarəti altındadır.
Ehtiyatların səmərəli tarifi 2010-cu ildə olan 4,2% ilə müqayisədə 5,2% təşkil etdi. 2011-ci ildə müştəri hesablarında artım müşahidə edilmişdir ki, maliyyə ekvivalentində onlar keçən ilin 371 499 manat həcmi ilə müqayisədə 338 598 min manat təşkil etdi.
2011-ci ilin sonuna PAŞA Bankın faiz gəlirləri 12% artaraq 37 758 min AZN (48,007 min ABŞ dolları), qeyri-faiz gəlirləri isə 16% artaraq 6 076 min AZN (7 725 min ABŞ dolları) təşkil etdi. Bankın mənfəəti (mənfəət vergisindən əvvəl) 15 150 min AZN (19 262 min ABŞ dolları), xalis mənfəəti - 13 359 min AZN-ə (16 985 min ABŞ dolları) bərabər oldu.
Verilmiş dövr üçün aktivlərdən gələn gəlir (ROA) 3,4%, kapitaldan gələn gəlir (ROE) isə 15,8% təşkil etdi. PAŞA Bankın sənədli əməliyyatlarının həcmi keçən il bundan əvvəlki ilin 37 114 min AZN (47 189 min ABŞ dolları) ilə müqayisədə 18% artaraq 43 689 min AZN (55 548 min ABŞ dolları) təşkil etdi.
Qiymətli kağızlar portfelinin 67% artmasını nəzərə alaraq, Bank arzuedilən likvidlik səviyyəsinə - əvvəlki ilin 156 578 min AZN ilə müqayisədə 260 975 min AZN təşkil etdi. 2011-ci il ilin nəticələrinə əsasən Bank kreditlərin verilməsini 26% (2010-cu ildə olan 196 081 min manatla müqayisədə) - 246 769 min manat artırdı. İl ərzində Bank öz səhmdarlarına 981 min manat divident ödəmişdir ki, bu da cəmi xalis mənfəətin 7 %-dən çoxunu təşkil edir. 
Bankın İdarə Heyətinin Üzvü, Maliyyə Menecmenti Departamentinin Direktoru Şahin Məmmədovun sözlərinə görə bu il PAŞA Bankın birinci strateji müddətinin sonu olmuşdur və maliyyə göstəriciləri baxımından bu heç də pis olmamışdır. "Keçən il biz gəlir səviyyəsini 2010-cu il səviyyəsində saxlaya bildik, kreditlərin ehtiyatının təşkili sahəsində kifayət qədər məhsuldar işlər gördük. Maliyyə hesabatlarının Beynəlxalq standartlarının bütün tələblərinə tam cavab verən qiymətli kağızlarla əməliyyatın yeni qeydiyyat sistemini; anderrayter və marketmeyker rolunda fəaliyyətinin aktivləşməsini xüsusi olaraq qeyd etmək lazımdır. Bu, həm komisyon haqları, həm də xəzinədarlıq əməliyyatları üzrə gəlirləri artırmağa imkan verdi, bu da Bankın qeyri-faiz gəlirlərinin ümumi həcmini artırdı. Ölkənin bank bazarında güclü rəqabətə baxmayaraq, PAŞA Bank özünü şəffaf fəaliyyət yolunu seçmiş şirkətlərin etibarlı tərəfdaşı kimi göstərdi".
2012-2014-cü illər üçün nəzərdə tutulan yeni strategiyada Bank əsas diqqəti, əsasən, üç istiqamətin növbəti inkişafına yönəldəcək: bunlar korporativ sektor, xəzinədarlıq əməliyyatları və "private"-bankinqdır. PAŞA Bank həm xırda və orta, həm də iri təşkilatların (SME) nümayəndələri ilə sıx əlaqələri davam etdirməyi; qiymətli kağızlar bazarında aktiv fəaliyyəti davam etdirməyi və regional genişlənməni davam etdirməyi planlaşdırır. Bankın ən yaxın gələcək planlarına beynəlxalq reytinqin alınması da daxildir.