30/03/2012
Martın 29-da M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində "Arslan Növrəsli ilə tar" möhtəşəm konsert keçirildi. Bu tədbir "Buta" incəsənət mərkəzi və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən və Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bankın birbaşa iştirakı ilə təşkil edilmişdi.
Çoxsaylı müsabiqələrin laureatı, Azərbaycan Milli Konservatoriyasının müəllimi Arslan Növrəsli (tar), Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Azərbaycan Respublikasının xalq artisti, Orkestrin bədii rəhbəri və dirijoru, Bülbül adına ixtisaslaşmış musiqi məktəbinin direktoru Teymur Göyçayev öz məharətini göstərdi.
T. Göyçayevin rəhbərliyi altında Orkestrin peşəkar musiqiçiləri ilə birlikdə A. Növrəsli məharətlə həm xalq musiqisi əsərlərini, məsələn, "Sarı Gəlin", həm də dünyanın məşhur incəsənət xadimlərinin - Fikrət Əmirovun, Rimskiy-Korsakovun əsərlərini ifa etdi. Xüsusilə qeyd etmək lazımdır ki, bu axşam səsləndirilmiş əsərlərin çoxu, məsələn italyan bəstəkarı Nona Rotanın bütün zamanlarda və xalqlar arasında şah əsəri hesab olunan "Xaç atası" filmi üçün yazdığı Süita; Deyv Brubekin "Blyu rondo a-la turka" əsəri və digərləri yazıldıqları gündən bəri ilk dəfə tarda ifa edildi.
Tədbirin təşkilinin rəsmi tərəfdaşının nümayəndəsi PAŞA Bankın PR və marketinq departamentinin direktoru Sona Abbasovanın qeyd etdiyi kimi Bank özünü sosial cavabdeh təşkilat kimi nümayiş etdirməklə, öz fəaliyyət dövrü ərzində cəmiyyətin inkişafına yönəlmiş bir çox tədbirləri təşkil etmiş və birbaşa iştirak etmişdir. "Sosial cavabdehlik proqramı çərçivəsində bizim əsas cavabdehliyimiz qədim Azərbaycan xalqının mədəni irsinin həm yerli, həm də beynəlxalq səviyyədə təbliği, həmçinin gənc nəslin hərtərəfli inkişafına, onlarda vətənpərvərlik dünyagörüşünün və ənənələrə hörmətin tərbiyə edilməsinə sərmayə qoymaqdır. Biz şadıq ki, bizə belə bir gözəl layihəyə dəstək göstərmək imkanı verildi" - deyə S. Abbasova öz nitqini bitirdi.