06/02/2012
"PAŞA Bank" Açıq Səhmdar Cəmiyyəti kompleks reklam kampaniyasının hazırlanması və həyata keçirilməsi üçün podratçının seçilməsi üzrə tender elan edir.

1. Tender İştirakçıları aşağıda göstərilən ümumi tələblərə cavab verməlidirlər:
- Reklam bazarının vəziyyəti, brendin tanıdılması sahəsində ən yaxşı təşviqat vasitələri (nəşr olunan KİV , elektron KİV, tele-radio kanalları və s.) barədə, eləcə də ATL və BTL kanalları üzrə digər məqsədlərin reallaşdırılması barədə obyektiv informasiyanın mövcudluğu.
- Konsepsiya işləmək və reklam məhsulu hazırlamaq bacarığı: brend ideologiyasının yayılmasına və satışların stimullaşdırılmasına yönəldilmiş xüsusi videoçarx, reklam lövhələri (bilbord), banerlər və digərləri.

2 . Aşağıdakı tələblərə cavab verən reklam agentlikləri və profilli təşkilatlar tenderdə iştirak etməyə dəvət olunurlar:
- Reklam xidmətləri bazarında ən azı 5 illik iş təcrübəsi.
- Müxtəlix ATL və BTL vasitələrindən istifadə etməklə oxşar layihələrin reallaşdırılması sahəsində təcrübə, münasib qiymətli kağızlar portfelinin mövcudluğu.
- Xüsusi media-resurslarının və/və ya açıq hava reklam resurslarının (yaxud bu cür resurslardan istifadə üçün əlverişli şəraitin) mövcudluğu.
- Sifarişçinin nəzarəti altında yerinə yetirilən işlərə cavabdehlik daşıyan xüsusi kreativ şöbənin mövcudluğu.

3. Müddətlər:
- Layihə 12 ay müddətinə nəzərdə tutulub.

4. Tenderin seçim mərhələsində iştirak üşün aşağıdakılar zəruridir:
- Reklam agentliyi barədə qısa informasiyanın təqdim olunması.
- Son 3 illik fəaliyyəti ərzində portfeli barədə məlumatın (agentliyin qərarından asılı olaraq), əsas müştərilərinin siyahısının, onlar üçün yerinə yetirilmiş layihələrin qısa təsviri verilməklə təqdim olunması.
- 1 və 2-ci bəndlərdəki tələblər üzrə imkanlar barədə qısa məlumatın təqdim olunması.

5. İştirakçşların ərizələrinin qəbulu

Maraqlanan təşkilatların ərizələrinin qəbulu 12/02/2012-ci ilə qədər davam edəcək. Sifarişçi tərəfindən ilkin seçim nəticələrinin iştirakçıların təqdimatlarında göstərilmiş elektron-poçt ünvanlarına çatdırılması və telefon nömrələri ilə bildirilməsi müddəti - 15/02/2012-ci il tarixindən gec olmayaraq.

6.1. Birinci mərhələdən keçmiş agentliklərə sifarişçi aşağıdakıları təqdim edəcək:
- brend barədə informasiya
- bredin təşviqi ilə əlaqədar təxmini planlar
- brend üçün müəyyən edilmiş marketinq məqsədləri barədə məlumat və Agentlik üçün zəruri olan digər məlumatlar
6.2. Agentlik, öz növbəsində, müəyyən edilmiş müddətlərdə aşağıdakıları təqdim etməlidir:
- Ümumi reklam kampaniyası ideyasının və brendin tanıdılması sahəsində irəliləyişin optimal planının yaradılması
- Analoji layihələr üzrə yaradıcı ideyalar və bilk və təcrübə barədə ətraflı informasiya
- Hazırkı layihənin həyata keçirilməsi üçün tərəfdaşlarla, eləcə də KİV ilə qarşılqlı əlaqələrin müfəssəl təsviri
- Layihənin hər bir hissəsinə aid xəclərin ilkin smetası və onların yerinə yetirilmə müddətləri, agentliyin layihə çərçivəsində təqdim edə biləcəyi reklam materialalrının hazırlanması və yerləşdirilməsi üzrə mümkün endirimlərin həcmi

İştirakçılara tenderin nəticələri barədə məlumat təqdimatlarda göstərilmiş əlaqə üçün elektron-poçt ünvanları və telefon nömrələri vasitəsilə 01/03/2012-ci il tarixindən gec olmayaraq çatrdırılacaq. Ən yaxşı təklif şirkətin kreativ komponentlərinin, tələb olunan büdcə həcminin, xüsusi təkliflərin və digər obyektiv komponentlərin məcmusuna görə seçiləcək. Layihənin büdcəsi layihənin təhlili başa çatdıqdan sonra Sifariçi tərəfindən müəyyən ediləcək.
İştirak üçün ərizələr və nümunələr elektron yolla (həcmi 5MB-dan çox olmamaq şərtilə) pdf və ya ppf formatında Rasim.Hajiyev@pashabank.az elektron ünvanında və/və ya çap olunmuş şəkildə Rasim Hacıyevin adına, Nizami küçəsi 69, ISR Plaza, 5-ci mərtəbə, PAŞA Bank ünvanında qəbul edilir.
Əlavə məlumat üçün İçtimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Aliyə Məmmədova ilə əlaqə saxlamanızı xahiş edirik. Tel: +994124802672