22/11/2011
15 noyabr 2011-ci il tarixinə olan vəziyyətə görə, PAŞA Bankın ticarətin maliyyələşdirilməsi portfelinin həcmi 50 milyon manata (63,5 milyon dollardan çox), o cümlədən maliyyələşdirmədən sonrakı transaksiyaları 13 milyon manata (16,5 milyon dollardan çox) çatmışdır. PAŞA Bankın ticarətin maliyyələşdirilməsi portfeli, əsasən, rezerv akreditivlərdən (ümumi həcmin 14%), idxal akreditivlərindən (30%), daxili və xarici zəmanətlərdən (müvafiq olaraq 30% və 26%) ibarətdir.
Qeyd olunmuş dövrdə ticarətin maliyyələşdirilməsi əməliyyatları çərçivəsində PAŞA Bankın əsas tərəfdaşları Raiffeisen Bank (ümumi portfelin 25%-i), Commerz Bank (18%), Landesbank Baden-Württemberg (10%), eləcə də Wells Fargo, Bank Asia, Yapi Kredi, Landesbank Berlin AG və Bayerische Landesbank kimi beynəlxalq maliyyə qurumları olmuşdur. PAŞA Bankın ticarət əməliyyatlarının əsas həcmləri Almaniya, Yaponiya, Türkiyə, Çin kimi ölkələrin payına düşmüşdür və iqtisadiyyatın inşaat, nəqliyyat, ticarət və xidmət sektorlarını əhatə edir.
Beləliklə, cari il ərzində PAŞA Bankın ticarətin maliyyəşdirilməsi portfelinin xeyli dərəcədə artması müşahidə olunur: göstərilən dövrdə 64 transaksiyadan 40-ı reallaşdırılmışdır. İllik hesab üzrə isə PAŞA Bankın ticarətin maliyyələşdirilməsi portfeli 79% artmışdır.