Çap

Press-relizlər

QKDK təşkilatçılığı və "PAŞA Bank" ASC-nin maliyyə dəstəyi ilə hazırlanmış "Kapital bazarları və biznes imkanları" sərlövhəli məqalələr toplusunun təqdimatı

14 sentyabr 2011-ci il tarixində saat 10:30-da "Park Inn" mehmanxanasının "Füzuli" zalında Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) təşkilatçılığı və "PAŞA Bank" ASC-nin maliyyə dəstəyi ilə hazırlanmış "Kapital bazarları və biznes imkanları" sərlövhəli məqalələr toplusunun təqdimat mərasimi keçirildi. Məqalələr toplusu, Azərbaycan Respublikası Prezidentinin 16 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramı ilə nəzərdə tutulmuş ictimaiyyətin və potensial maraqlı tərəflərin kapital bazarları barədə məlumatlandırılması və maarifləndirilməsi tədbirləri çərçivəsində hazırlanaraq çap olunmuşdur.
Tədbirdə QKDK ilə yanaşı, Bakı Fond Birjası, Milli Depozit Mərkəzi, "Paşa Bank", Milli Kitabxana iştirak etdi.

Təqdimat mərasimində, həmçinin QKDK tərəfindən PAŞA Bankın dəstəyi ilə jurnalistlər arasında təşkil olunan növbəti ən yaxşı məqalə və ya tele-radio süjeti müsabiqəsi elan edildi və müsabiqənin keçirilmə şərtləri açıqlandı.
PAŞA Bankın İdarə Heyətinin Sədri Fərid Axundov öz çıxışında layihənin "PAŞA Bank" ASC-nin sosial cavabdehlik proqramı çərçivəsində maliyyələşdirildiyini qeyd etdi. PAŞA Bankın strategiyası ilə tam şəkildə uzlaşan bu layihə kapital bazarı və burada aparılan əməliyyatlar haqqında əhalinin və biznes icmasının məlumatlandırılması və maarifləndirilməsinə xidmət edir ki, bu da Azərbaycanda kapital bazarının inkişafına və Azərbaycanın regional maliyyə mərkəzi olmasına zəmin yaradır

https://www.pashabank.az/press_centre,291/lang,az/