27/08/2011
PAŞA Bank məcmu kapitalına görə - AZN 141,887,194 (USD 180,357,435) - ölkənin ən böyük kommersiya bankı mövqeyini qoruyub saxlamışdır.
Aktivlərin diversifikasiyası kimi strateji qərarın nəticəsidir ki, Bank öz müştərilərinə təqdim etdiyi xidmətlərin balansını qorumağa müvəffəq olmuşdur. Bankın ümumi aktivləri keçən illə müqayisədə (AZN 512,304,248 / USD 651,206,620) bir qədər azalaraq AZN 496,188,298 (USD 630,721,111) təşkil etmişdir.

Bankın aktivlərinin bölgüsü aşağıdakı kimi olmuşdur:
- qiymətli kağızlar portfeli - 43%,
- müştərilərə verilmiş kreditlər - 41%,
- kredit təşkilatlarından alınacaq vəsait - 7.2%,
- nağd pul vəsaitləri və ona ekvivalent vəsaitlər- 6.4%

Aktivlərin qalan hissəsini dövriyyə və dövriyyədənkənar akrtivlər təşkil etmişdir.
Ölkənin kredit bazarında durğunluğun müşahidə olunduğu və beynəlxalq bizneslə məşğul olan Azərbaycan şirkətlərinin kreditə olan tələbatının artdığı bir şəraitdə PAŞA Bank öz güclü maliyyə mövqeyindən effektiv şəkildə yararlanaraq özünü bazarda güclü bir tərəf müqabili kimi nümayiş etdirdi. Bankın öz qarşısına qoyduğu əsas məqsəd bu çətin zamanda orta və kiçik sahibkarlara dəstək olmaqdır.
Bankın kredit portfeli 10% artaraq AZN 215,733,775 (USD 274,226,230) məbləğinə çatdı.
PAŞA Bank məcmu kapitalına görə - AZN 141,887,194 (USD 180,357,435) - ölkənin ən böyük kommersiya bankı mövqeyini qoruyub saxlamışdır.
Portfelin effektiv ehtiyat dərəcəsi 5.7% (31 dekabr 2010-cu il tarixinə müvafiq olaraq 4.2%) təşkil etmişdir.
Bankın 2011-ci ilin ilk altı ayı ərzində əldə etdiyi xalis mənfəəti 2010-cu ilin eyni müddəti ilə müqayisədə (AZN 8,540,353/USD 10,855,921) 41% azalaraq AZN 5,072,213 (USD 6,447,455) təşkil etmişdir. Bunun əsas səbəbi müştərilərə verilmiş kreditlərin orta faiz dərəcəsinin azalması, müddətli depozitlərin sayının artması nəticəsində faiz xərclərininartması və kredit portfeli üzrə ehtiyat fonduna ayırmaların artırılması olmuşdur.
Bankın faiz gəliri AZN 17,399,040 (USD 22,116,487) təşkil etmişdir. Beynəlxalq maliyyə institutları ilə aparılan intensiv danışıqların nəticəsində PAŞA Bank daha geniş çeşiddə maliyyə alətlərinə çıxış əldə edərək öz müştərilərinə ticarətin maliyyələşdirilməsi üzrə daha çox məhsul və xidmətlər təqdim edə bilmişdir. Bankın ticarətin maliyyələşdirilməsi portfeli post-maliyyələşdirmə də daxil olmaqla 2011-ci ilin 6 ayı ərzində 2010-cu ilin sonu ilə (AZN 37,114,180 /USD 47,177,043) müqayisədə 22% artmış və AZN 45,333,112 (USD 57,624,396) təşkil etmişdir. PAŞA Bankın hazırki strateji məqsədi ticarətin maliyyələşdirilməsi portfelinin 2011-ci ildə AZN 105,000,000 (USD 133,468,920) qədər artırılmasıdır.
PAŞA Bank ölkənin qabaqcıl bankı olmaq və korporativ bankçılıq bazarındakı payını daha da artırmaq üçün müştərilərə rəqabətə davamlı və qabaqcıl məhsul və xidmətlər təklif edir.