10/06/2011
09.06.2011-ci il tarixində İSR Plaza biznes mərkəzinin Araz zalında "Korporativ reputasiya: şirkətlərin etibarlılığı nədən bu qədər vacibdir" mövzusunda keçirilən esse yarışmasının final mərhələsi keçirilmişdir. Yarışmaya qatılan 114 nəfərdən 5 nəfər final mərhələsinə keçmişdir. Baba Ağayev, Günay Miriyeva, Nərgiz Əlizadə, Nərgiz Eldarova, Xəyalə Sadıqova öz esseləri əsasında hazırladığı təqdimatla çıxış etdi, mövzu ətrafındakı fikirlərlə bölüşdülər və münsiflərin və digər iştirakçıların suallarını cavablandırdılar.
Münsiflər heyətinin sədri Fərid Axundov bütün iştirakçıları final mərhələsinə keçmələri ilə əlaqədar təbrik etdi və təqdim etdikləri esselərdə mövzunu ustalıqla əhatə etdiklərini bildirdi. F.Axundov qeyd etdi ki, iştirakçılar öz təqdimatları zamanı esselərində əksini tapmış fikirlərini dinləyicilər üçün maraq doğuracaq formada təqdim etməyə müyəssər oldular.
İdarə Heyətinin Sədri Fərid Axundov, İdarə Heyətinin üzvü Emil Hacıyev, İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Sona Abbasova, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının nümayəndəsi İradə Dadaşova və Norveç səfirliyinin nümayəndələri Elmira Mirzəyeva və Hansen Lars Ragnar Aaleruddan ibarət münsiflər heyəti müəllifləri mövzunun əhatə olunması, təqdimat, xarici dil bilikləri, mühitə uyğunlaşma və ünsiyyət bacarıqları kimi göstəricilər əsasında qiymətləndirdi.
Baba Ağayev 143, Günay Miriyeva 156, Nərgiz Əlizadə 164, Nərgiz Eldarova 179, Xəyalə Sadıqova 130 bal topladı. Münsiflər heyəti qiymətləndirmənin nəticəsi olaraq Eldarova Nərgiz və Əlizadə Nərgizi müvafiq olaraq I və II yerə layiq görərək onların Oslo Biznes Məktəbində 4 həftəlik yay proqramı çərçivəsində təhsil almasını və Miriyeva Günayı 3-cü yerə layiq görərək onun "PAŞA Bank" ASC-də təcrübə keçməsini qərara aldılar